Hacı Mirhəşim Seyid

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hacı Mirhəşim Seyid
Şəxsi məlumatlar
Doğum tarixi 13 yanvar 1962(1962-01-13) (62 yaş)
Doğum yeri

Hacı Mirhəşim Miryaqub oğlu Seyid və ya Mirhəşim Miryaquboğlu Seyidov(13 yanvar 1962, Xok, Noraşen rayonu) – Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, 2-ci dərəcə dövlət müşaviri; hüquqşünas.[1]

Həyatı

Hacı Mirhəşim Miryaqub oğlu Seyid 1962-ci il yanvarın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur (indiki-Kəngərli) rayonunun Xok kəndində anadan olmuşdur.

Əmək fəaliyyətinə 1984-cü ildə Şərur rayon İcraiyyə Komitəsində başlamış, 1994-cü ilədək rayonun ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışdır.

1995–2000-ci illərdə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

24 yanvar 2001-ci ildən Milli Məclis Aparatında işləyir. 2001–2010-cu illərdə Sosial qanunvericilik şöbəsində böyük məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, 2010–2016-cı illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini, dekabr 2016 — may 2020-ci illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, may 2020-ci ildən Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiridir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.[2]

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri, 19 iyun 2017-cı il tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.[3]

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 27 dekabr 2018-cı il tarixli Sərəncamı ilə "Parlament" medalı ilə təltif olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Uşaqları — Orxan, Turxan, Tunar.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  2. "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  3. "Arxivlənmiş surət". 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.