Hacı Mirhəşim Seyid

Hacı Mirhəşim Miryaqub oğlu Seyid və ya Mirhəşim Miryaquboğlu Seyidov(13 yanvar 1962, Xok, Noraşen rayonu) – Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, 2-ci dərəcə dövlət müşaviri; hüquqşünas.[1]

Mirhəşim Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi 13 yanvar 1962(1962-01-13) (62 yaş)
Doğum yeri

Hacı Mirhəşim Miryaqub oğlu Seyid 1962-ci il yanvarın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur (indiki-Kəngərli) rayonunun Xok kəndində anadan olmuşdur.

Əmək fəaliyyətinə 1984-cü ildə Şərur rayon İcraiyyə Komitəsində başlamış, 1994-cü ilədək rayonun ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışdır.

1995–2000-ci illərdə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

24 yanvar 2001-ci ildən Milli Məclis Aparatında işləyir. 2001–2010-cu illərdə Sosial qanunvericilik şöbəsində böyük məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, 2010–2016-cı illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini, dekabr 2016 — may 2020-ci illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, may 2020-ci ildən Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiridir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.[2]

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri, 19 iyun 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.[3]

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Parlament" medalı ilə təltif olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Uşaqları — Orxan, Turxan, Tunar.

  1. "Arxivlənmiş surət". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  2. "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  3. "Arxivlənmiş surət". 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.