Harpa (konsert zalı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Harpa konsert zalı
Xəritə
64°09′01″ şm. e. 21°55′57″ q. u.
Ölkə İslandiya İslandiya
Şəhər Reykyavik
Tikilmə tarixi 2011
Mərtəbə sahəsi 28.000 m²
Aidiyyatı Portus
Memar "Henninq Larsen" şirkəti
Memarlıq quruluşu Modern
http://en.harpa.is/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harpa konsert zalı - İslandiyanın paytaxtı Reykyavik şəhərində yerləşən konsert zalı

Tarixi

Harpa konsert zalı Danimarka memarlıq şirkəti "Henninq Larsen" və əməkdaşı olan danimarkalı-islandiyalı rəssam Olafur Elassonun işi əsasında tikilmişdir. Tikinti işləri 2007-ci il 12 yanvarda başlamış, 2011-ci ildə tamamlanmışdır. Açılış mərasimi isə 13 may 2011-ci ildə baş tutmuşdur. Tikinti zamanı 164 milyon ABŞ dolları sərf olunmuşdur. Tikiliyə adı 11 dekabr 2009-cu ildə - İslandiya Musiqi Günündə verilmişdir. Hazırda konsert zalında İslandiya Simfonik Orkestrı çıxış edir. Konsert zalı Portus kompaniyasına məxsusdur.

Memarlığı

Bina müxtəlif rənglərdəki geometrik formalı şüşə panellərlə örtülmüş polad karkasdan ibarətdir. Binanın hündürlüyü 43 metrdir.