Harpa konsert zalı — İslandiyanın paytaxtı Reykyavik şəhərində yerləşən konsert zalı
Harpa konsert zalı | |
---|---|
64°09′01″ şm. e. 21°55′57″ q. u.HGYO | |
Ölkə | İslandiya |
Şəhər | Reykyavik |
Tikilmə tarixi | 2011 |
Mərtəbə sahəsi | 28.000 m² |
Aidiyyatı | Portus |
Memar | "Henninq Larsen" şirkəti |
Memarlıq quruluşu | Modern |
http://en.harpa.is/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Harpa konsert zalı Danimarka memarlıq şirkəti "Henninq Larsen" və əməkdaşı olan danimarkalı-islandiyalı rəssam Olafur Elassonun işi əsasında tikilmişdir. Tikinti işləri 2007-ci il 12 yanvarda başlamış, 2011-ci ildə tamamlanmışdır. Açılış mərasimi isə 13 may 2011-ci ildə baş tutmuşdur. Tikinti zamanı 164 milyon ABŞ dolları sərf olunmuşdur. Tikiliyə adı 11 dekabr 2009-cu ildə — İslandiya Musiqi Günündə verilmişdir. Hazırda konsert zalında İslandiya Simfonik Orkestrı çıxış edir. Konsert zalı Portus kompaniyasına məxsusdur.
Bina müxtəlif rənglərdəki geometrik formalı şüşə panellərlə örtülmüş polad karkasdan ibarətdir. Binanın hündürlüyü 43 metrdir.