Reykyavik

Reykyavikİslandiyanın paytaxtı və ən böyük şəhəri. Müstəqil dövlətlərin paytaxtları arasında şimal qütbünə ən yaxın yerləşən şəhərdir. Əhalisi 120.000 (ətraf qəsəbələrlə birlikdə 200.000) nəfər olan Reykyavik İslandiyanın iqtisadi və mədəni mərkəzidir. Reykyavikin əsasının təxminən 9-cu əsrdə İngolfr Arnarson tərəfindən qoyulduğu ehtimal edilir. Lakin Reykyavik şəhər kimi 18-ci əsrdə formalaşmışdır. Reykyavik rəsmi olaraq 1786-cı ildə şəhər statusunu almış, həmin dövrdən sonra şəhərin sürətli inkişafı başlamışdır.

Reykyavik
Reykjavík
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
64°08′51″ şm. e. 21°56′06″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1786
Sahəsi
  • 274.538.739 m²
Mərkəzin hündürlüyü 8 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 139.875 nəf. (1 yanvar 2023)[2][2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 101–155
Digər
reykjavik.is
Xəritəni göstər/gizlə
Reykyavik xəritədə
Reykyavik
Reykyavik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reykyavik İslandiyanın cənub-qərbində yerləşir. Şəhərdə temperatur qış aylarında çox nadir hallarda −15° Selsidən aşağı olur. Bunun səbəbi şəhərin yerləşdiyi ərazinin yaxınlığından isti Qolfstrim cərəyanının keçməsidir. Reykyavikin okean sahilində yerləşsə də orada güclü küləklər çox olmur. Yay aylarında hava sərin keçir, temperatur 10–15° Selsi arasında dəyişir. Rekord yüksək temperatur 2008-ci il 30 iyulunda qeydə alınıb — 26,2° Selsi. Ən aşağı temperatur (-24,5° Selsi) isə 1918-ci ilin yanvarın 21-də olub.

Reykyavik İslandiyada ən çox əhalisi olan yaşayış məntəqəsidir. Müasir Reykyavik 100-dən çox ölkədən gəlmiş insanların yaşadığı beynəlmiləl bir şəhərdir. Şəhərdə ən çoxsaylı etnik azlıqlar polyaklar, filippinlilərdanimarkalılardır. 2009-cu ilin statistikasına görə ölkə xaricində doğulmuş sakinlər Reykyavik əhalisinin 8%-ni təşkil edir.[3]

Reykyavik şəhərinin əhalisi 2008-ci il statistikasına görə 120.000 nəfər, metropoliya əhalisi isə 200.000 olub. Aşağıdakı cədvəldə Reykyavik şəhərinin müxtəlif illərdə əhalisinin sayı göstərilmişdir.

Reykyavikin Müxtəlif İllərdə Əhalisi.
İl Şəhər Metropoliya
1801 600 -
1860 1.450 -
1901 6.321 8.221
1910 11.449 14.534
1920 17.450 21.347
1930 28.052 33.867
1940 38.308 43.483
1950 55.980 64.813
1960 72.407 88.315
1970 81.693 106.152
1980 83.766 121.698
1985 89.868 --
1990 97.569 145.980
1995 104.258 --
2000 110.852 175.000
2005 114.800 187.105
2006 115.420 191.612
2007 117.721 196.161
2008 119.848 201.585

Reykyavikdə yerləşən universitetlər.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
ölkə şəhər
Kanada Kanada Vinnipeq
Rusiya Rusiya Sankt-Peterburq
İsveç İsveç Stokholm
Danimarka Danimarka Kopenhagen
Norveç Norveç Oslo
ABŞ ABŞ Sietl
{{ {{{1}}} alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}

Kinqston-apon-Hall
Farer adaları Farer adaları Torshavn
Qrenlandiya Qrenlandiya Nuuk
Finlandiya Finlandiya Helsinki
Ermənistan Ermənistan İrəvan
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. 1 2 https://statice.is/statistics/population/inhabitants/municipalities-and-urban-nuclei/.
  3. "İslandiya Rəsmi Statistika Bürosu". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.