Hirkan şaxduranı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hirkan şaxduranı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hirkan şaxduranı (lat. Alchemilla hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür.

Botaniki xarakteristikası

Çoxillik boz-yaşıl, ot bitkisidir. Gövdə 12-35 sm-ə qədər hündürlükdə, uzun saplaqlı, kökyanı yarpaqlıdır. Kökyanı yarpaqları iri deyil, böyrəkvari, 1-3,4 sm uzunluğunda, 1,5-5 sm enində, hamar, 7-9 qısa, qövsvari və ya yarımdairəvi bölümlü, aydın kəsilmiş aralarında 4-7 xırda-yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları böyük deyil. Çiçək qrupu ensiz, azçiçəkli, budaqlı, çiçəklər boş yumurtacıqlı, 1,5–3 mm uzunluğunda və enindədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə iyun, meyvələməsi iyul aylarına təsadüf edir. Çoxalması toxumladır. Quraqlıq çəmənlərində bitir. Kriptofitdir.

Yayılması

Lənkəranın dağlıq hissəsi (Hamarat kəndi).

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Yayılma sahəsinin məhdud olması və əhali tərəfindən mal-qaranın otarılması.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur. Yeni yayılma sahələri axtarılmalıdır.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax