I Presian xan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Presian xan
bolq. Кан Пресиян
836 – 852
ƏvvəlkiMalamir xan
SonrakıI Boris
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Doğum yeri
Vəfat tarixi
Atası Zvinitsa
Uşağı I Boris
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Presian xan (bolq. Кан Пресиян; bilinmir, Bolqarıstan852) — Bulqar xanı (836–852).

Həyatı

Presian xan övladsız, cavan yaşında ölən Malamir xanın qardaşı Zvinitsanın oğlu idi.[1] Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi.

Bizansla münasibətlər

İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Feofil serb knyazı Vlastimirin vassallığını tanıyaraq bulqarlar üçün yeni təhlükə mənbəyi yaratmağı planlaşdırırdı[2]. 3 il çəkən Serb-Bulqar müharibələri imperatorun ölümü bitdi.

Son illəri

Presian 852-ci ildə vəfat etdi. Presian yazısı onun dövründə yazılmışdır.

Toponimlər

Antarktikada Livinqston adasında Presian təpəsi mövcuddur.

İstinadlar

  1. Jordan Andreev, Ivan Lazarov, Plamen Pavlov, Koj koj e v srednovekovna Bălgarija, Sofia 1999.
  2. L. Kovacevic & L. Jovanovic, Историjа српскога народа, Belgrade, 1894, Book 2, p. 38–39