Malamir xan (bolq. Кан Маламир; bilinmir – 836) — Bulqar xanı (831-836).
Malamir xan | |
---|---|
bolq. Кан Маламир | |
Birinci Bulqar dövlətinin XV imperatoru | |
831 – 836 | |
Əvvəlki | Omurtaq xan |
Sonrakı | I Presian xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | |
Atası | Omurtaq xan |
Dini | Tenqriçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Malamir xan Omurtaq xanın ən kiçik oğlu idi. Böyük qardaşı Enravota xristian olduğu üçün vərəsəliyi ləğv edilmiş, ortancıl qardaşı Zvinitsa isə xəstələnib cavan vaxtı vəfat etmişdi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. Taxta çıxdıqdan 2 il sonra qardaşı Enravotanı edam etdirmişdi.[1]
Omurtaq xanın sülh sazişinin vaxtının bitməsindən sonra imperator Feofil 836-cı ildə yenidən sərhədləri yağmalağa başlamışdı. Cavab olaraq hücuma keçən xan Plovdivi ələ keçirib xanlığa birləşdirdi. Lakin elə həmin il də öldü. Yerinə I Presian xan gəldi.