Köln kral salnaməsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Köln kral salnaməsindən miniatür

Köln kral salnaməsi (lat. Chronica regia Coloniensis, alm. Die Kölner Königschronik‎) — XII-XIII əsrlərdə latın dilində yazılmış genişhəcmli tarixi əsər. Mətnində bəzi fərqlər olan bir neçə əlyazması müasir dövrədək gəlib çatmışdır.

Salnamədə Almaniyanın tarixi, bəzi digər ölkələrin tarixinə dair çoxsaylı məlumatlar, xaç yürüşlərinin və bidətlə mübarizənin təsviri, həmçinin müxtəlif möcüzəvi hadisələr barədə hekayələr yer alır. Salnamənin əsas hissəsi 689-1175-ci illər arasındakı dövrü əhatə edir. Salnamənin altı davamı var və hadisələrin təsviri 1314-cü ilədək uzanır.

Müəllifi

Əlyazmalardan birinin ön sözündə qeyd edilir ki, salnaməni Noysdan olan bir hakim tərtib edib. Salnaməni alman dilinə tərcümə edənlər və naşirlər isə hesab edirdilər ki, onun ilkin versiyasını Kölndən olan katolik keşişi hazırlamışdır. Amma 1997-ci ildə tədqiqatçı Manfred Qroten salnamənin Ziqburq monastırında tərtib edildiyini müəyyən etmişdir[1].

Məzmunu

Köln salnaməsində başqa salnamələrdən məktublar, hesabatlar, müqavilələr və sənədlər istifadə edilib. Salnamənin əvvəli tamamilə Kölnün və buranın yepiskopluğunun tarixinə həsr edilib və yalnız 1106-cı ildən Almaniya və onun imperatorları barədə məlumat verilməyə başlanır. I Fridrix Barbarossanın hakimiyyət dövrü xüsusilə geniş təsvir edilib. Həmçinin, 1248-ci ildə Köln kafedralının bünövrəsinin qoyulmasına səbəb olan hadisələrdən bəhs edilir.

İstinadlar

  1. Groten M. Klösterliche Geschichtsschreibung: Siegburg und die Kolner Königschronik // Rheinische Vierteljahrsblätter 61, 1997. S. 50-78.

Ədəbiyyat

  • Die Kölner Königschronik. Übersetzt von K. Platner. Die Geschichtschreiber der deutschen Vorzeit. 2. Ausgabe. 12. Jahrhundert. Band 53. Leipzig, 1893.
  • Wattenbach W. Die Kölner Königschronik, nach der Ausgabe der Monumenta Germaniae, übersetzt von Dr. Karl Platner, Zweite neu bearbeitete und vermehrte Auflage. Leipzig, 1896.
  • Groten M. Klösterliche Geschichtsschreibung: Siegburg und die Kolner Königschronik // Rheinische Vierteljahrsblätter 61, 1997. S. 50-78.

Xarici keçidlər

  • "Кёльнская королевская хроника". Восточная литература (сайт). 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 февраля 2011.