I Fridrix Barbarossa

I Fridrix Barbarossa (alm. Friedrich‎; dekabr 1122[1][2][…], Aqno (şəhər), Müqəddəs Roma imperiyası10 iyun 1190[3] və ya 24 iyun 1190[4], Göksu, Kilikiya Erməni Çarlığı[3]) — Hohenştaufen sülaləsindən Müqəddəs Roma imperiyasının ikinci imperatorudur . Sülalə bəzən dövri mənbələrdə əvvəllər Şvabiya hersoqları olduqları üçün Şvabiya sülaləsi və yaxud da Ştauferlər kimi qeyd olunur. Hohenştaufen (High-Staufen) sülalə adı isə Şvabiyada olan və bu ailəyə məxsus olan bir qaladan yaranmışdır. 1125-ci ildə Müqəddəs Roma imperiyasını idarə edən Salian sülaləsinin sonuncu imperatoru V Henrix vəfat etdi. Bundan sonra sülalə daxili mübarizə gücləndi. Bu dövrdə hakimiyyəti müvəqqəti olaraq Saksoniya hersoqu Lotar ələ aldı. Lakin 1138-ci ildə onun ölümündən sonra ara müharibələri yenidən qızışdı. Hakimiyyətə iddia edənlərdən ən güclüsü Hohenştaufen ailəsi idi. Hersoq Lotarın ölümündən sonra onun kürəkəni Velf ailəsindən Məğrur Henrix ilə Hohenştaufenlər arasında imperator taxtı üstündə mübarizə qızışdı. Hohenştaufenlər ailəsinin nümayəndəsi III Konrad idi. O , həm də İmperator IV Henrinin qiz nəvəsi və V Henrixin bacısı oğlu idi. III Konrad buna əsaslanaraq imperator taxtına iddia irəli sürürdü. III Konrad Velflər ailəsini öz mülklərindən qovdu və 1138-ci ildə imperator seçildi, lakin sonralar I Fridrix Barbarossa Velflarlə sülh bağladı və onları geri qaytardı. Bununla da Müqəddəs Roma imperiyası tarixində Hohenştaufenlər dövrü başlanmış oldu. III Konrad (1138–1154) Hohenştaufenlər sülaləsindən Müqəddəs Roma imperiyasını idarə edən ilk şəxs oldu.

I Fridrix Barbarossa
alm. Friedrich I Rotbart
1152 – 10 iyun 1190
1155 – 10 iyun 1190
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1122[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 iyun 1190[3] (67 yaşında) və ya 24 iyun 1190(1190-06-24)[4] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi boğulma[5]
Dəfn yeri
  • Müqəddəs Petr kilsəsi[d]
Fəaliyyəti siyasətçi
Ailəsi Hohenştaufen sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

III Konradın ölümündən sonra hakimiyyətə onun qardaşı oğlu I Fridrix Barbarossa (1155–1190) gəldi. I Fridrix Barbarossa 1152-ci ildən Almaniyanın kralı idi və III Konradın vəfat etməsindən sonra 1155-ci ildə o, imperator olur.

Daxili və xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

I Fridrix Barbarossa hakimiyyətə gəldikdən sonra hersoqlara qarşı mübarizə apardı və onların müqavimətin qirmağa nail oldu. O, əsəs olaraq imperiyanın hüquq sahəsini qaydaya salmaq istəyirdi. Bu sahədə mühüm adımlar atıldı. “Cinayət məcəlləsi”“Hüquqi normalar” adlı qanunlar məcəlləsi yaradıldı. İmperiyanın iqtisadı gücünün artırılmasına fikir verən I Fridrix Barbarossa yeni şəhərlər salınmasına xüsusi diqqət verirdi.FrayburdMünhen kimi yeni şəhərlər daha da genişləndirildi. Bu imperiyada əhalinin sayının artmasına və iqtisadıtın dirçəlmasınə şərait yaratdı. I Fridrix Barbarossa imperiyanın sərhədlərinin genişləndirilməsinə xüsusi diqqət ayırırdı. O dövrdə imperiyaya tabe olan Slavyan torpaqlarında (Müasir Qərbi Polşa və Çexiya torpaqları olan—Pomerania və Sileziya) imperiya üçün dayaq yaratmaq üçün buraya imperiyanın qərbindən xeyli Germanlar köçürüldü. Bu proses 19-cu əsrdə Prussiya krallığı tərəfindən daha da gücləndirildi. Baltikyanı torpaqları və qərbi slavyanları xrisianlaşdırmaq (və yaxud da katolikləşdirmək) üçün Tevton (Almanca: Deutschordensstaat) ordenıni]] Almanıyaya dəvət edir. Əsas diqqət isə Şimalı İtaliyaya yürüşlər idi. I Fridrix İtaliyaya 4 dəfə yürüş etmişdir. Ümumiyyətlə Hohenştaufenlər sülaləsi İtaliya müharibələri ilə məşhurdurlar. O,1154-cü ilin oktyabrında özünün birinci İtaliya səfərinə çıxdı. Məqsədi zəngin İtaliya şəhərləri hesabına xəzinəsini varlandırmaq, Romada başına imperator tacı qoymaq , son məqsəd isə Normanların hakimiyyəti altında olan və Siciliyalı I Uilyamın kral olduğu Siciliya krallığının işğal edilməsidir. O, Paviya şəhərinin tutduqdan sonra Dəmir Tac ilə birlikdə İtaliya Kralı titulunu qəbul etdi. Breşıalı Arnoldun başçılığı ilə şəhərllərin üsyana qalxdıqları Romaya alman qoşunları daxil oldular. Lakin imperator nəinki üsyançıları dəstəklədi hətta onlara qanlı divan tutdu. Minnətdarlıq nümunısi olaraq Papa IV Adrian onun başına imperator tacı qoydu. Lakin alman ritsarlarının (cəngavərlərinin) Romadakı özbaşınalıqlarına görə əhali üsyan qaldırdı və almanları şəhərdən qova bildi.

O, 1156-cı ilin iyun ayının 9-unda Volsburq şəhərində Burqundiya kralının qızı və varisi olan Burqundiyalı Beatris ilə evləndi. Bununla da, Burqundiya krallığının varisinə çevrildi. Bundan bir qədər sonra o, özünü "Roman dünyasının yeganə Avqustu" adlandırdı.

1158-ci ildə I Fridrix Barbarossa İtaliyaya ikinci səfərə çıxdı. O, Ronkoliya vadisində (Pyacensa yaxınlığında) Şimalı İtaliya şəhərlərinin nümayəndələrini yiğdı. Bu nümayəndələr I Fridrix Barbarossanın təzyiqi altında şəhərlərin özünüidarə hüququndan imtina etmək haqqında qərar qəbul etdilər.[6] Şəhərləri idarə etmək üçün canişinlər—podestalar təyin olundu. Şəhərlər üzərinə vergilər qoyuldu. Bu Şimalı İtaliya şəhərlərinin təsir altına düşməsi idi. Buna etiraz edən Milan isə iki illik müharibədən sonra alındı və dağıdıldı. Şəhərin bazar meydanı şumlandı və şırımlara duz səpildi. Üsyançılar isə kəndlərə köçürüldü və təhkimli halına salındılar. Bundan təsirlənən İtalyanlar imperatora qarşı 1167-ci ildə Lombardiya itifaqını yaratdılar. Papa daxil olmaqla 22 şəhər-dövlət bura daxil oldu. Həlledici döyüş 1176-cı ildə Lenyano (Milan yaxınlığında) baş verdi və almanlar ağır məğlubiyyətə uğradılar. İmperator güclə qaça bildi. I Fridrix Barbarossa ertəsi günü Venesiyada Papaya təslim oldu və 6 illik saziş imzaladı. Bu sazişın şərtləri 1183-cü ildə Konstans sülhü ilə təsbit olundu. Bu sülh İtaliya dövlətlərinin müstəqilliyinin imperiya tərəfindən tanınması və möhkəmlənməsi demək idi.

III səlib yürüşü və I Fridrixin vəfat etməsi

[redaktə | mənbəni redaktə et]

III Urban vəfat etdikdən sonra VIII Qriqori Roma Papası seçildi. VIII Qriqori müqəddəs torpaqlara III Xaç yürüşünü elan etdi. Bu yürüşün başına isə I Fridrix Barbarossanı, ingilis kralı Şirürəkli Riçardı və fransız karlı Flipp Avqustu komandan təyin etdi. I Fridrix Barbarossa qoşunlarını Kiçik Asiya ərazisindən aparmalı idi. Dövrün mənbələrində I Fridrix Barbarossanın qoşunlarının sayı 100.000 (20.000-I yalnız cəngavərlər) göstərilir. Lakin müasir tarixçilər bu rəqəmlərin şişirdildiyini hesab edirlər və I Fridrix Barbarossanın qoşunlarının sayını 15.000 (yalnız 3.000-I cəngavərlər) göstərilir. Alman qoşunları Macar Krallığının ərazisindən keçərkən I Fridrix Barbarossa Macar kralı III Belanın qardaşı Şahzadə Gezanı da 2.000 macar qoşunu ilə öz qoşununa birləşməyə vadar edir. Anadoluya daxil olan xaçlı qoşunları Anadolu Səlçuqlarını Akşehirİkonium döyüşlərində məğlub edirlər. Lakin imperator Saleph (indiki adı Göksu , müasir Türkiyə ərazisindədir.) çayını keçərkən boğulub ölür. Bundan sonra imperatorun iç orqanlarını Tarsusdakı bir kilsədə , ətlərini Antakyada , sümüklərini Seyhanda saxlıyırlar. Bunu böyük ehtimalla xaç yürüşünə çıxmış imperatora hörmət eləməti olaraq yerli keşışlərin etməsi güman edilir.

  • Heer, Fridrix (1967). The Holy Roman Empire. New York: Fridrix A. Praeger. səh. 1–8
  • A. İ. Danilov və B. Q. Makelnitski " Avropa orta əsrlər tarixi "
  1. 1 2 Emperador de Alemania Federico I, Barbarroja // Biblioteca Virtual Miguel de Cervantes (isp.). 1999.
  2. 1 2 Friedrich (Friedrich I. Barbarossa) // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Encyclopædia Britannica (ing.): a dictionary of arts, sciences, literature and general information. / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911.
  4. 1 2 BeWeB.
  5. Académie des sciences, belles-lettres et arts de Besançon (fr.). Besac: Académie des sciences, belles-lettres et arts de Besançon et de Franche-Comté, 1889.
  6. Heer, Fridrix (1967). The Holy Roman Empire. New York: Fridrix A. Praeger. səh. 1–8