Kürəkvariyarpaqlı murdarça

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kürəkvariyarpaqlı murdarça
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kürəkvariyarpaqlı murdarça (lat. Rhamnus spathulifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.

Təbii yayılması

Qafqazda, İranda, Kiçik Asiyada təbii halda yayılmışdır

Botaniki təsviri

Budaqları tikanlı ağac və ya kol bitkisidir. Bitkinin hündürlüyü 8 metrə çatır. Yarpaqları ellepsvari və ya lansetvaridir, uzunluğu 2,5-7 sm, eni 7-25 mm-dir. Çiçəkləri poliqam və ya ikievli sarı və ya ağ olub kiçik qruplarla, bəzən də tək yerləşir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi qara rəngli olub, yeməli deyil. Kökündə boyoq maddəsi, alkaloidlər vardır. Meyvəsində 2-4 möhkəm toxumları yerləşir. Müxtəlif mədəni formaları vardır.

Ekologiyası

Torpağa tələbkar deyildir. Vətənində işıqlı meşələrdə quraqlıq olan yerlərdə rast gəlinir. Əsasən dəniz səviyyəsindən 1500-1600m hündürlükdə bitir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda, Talışda, Naxçıvanda dəniz səviyyəsindən 2000 m hündür ərazilərdə təbii halda rast gəlinir.

İstifadəsi

Yarpaqlarında B vitamini, meyvəsindən və qabığından likyor, müxtəlif ekstratlar, bal alınır. Yaxşı tikinti materialıdır.

İstinadlar

Həmçinin bax