Kamil Şahbazov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kamil Şahbazov
Kamil Ağazaman oğlu Şahbazov
Doğum tarixi (75 yaş)
Doğum yeri Bakı
Atası Ağazaman Şahbazov
Elmi dərəcəsi iqtisad elmləri doktoru (1994)
Elmi adları professor, alim
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti
Tanınır iqtisadçı alim, professor
Mükafatları Əməkdar müəllim

Kamil Şahbazov Ağazaman oğlu (14 fevral 1949, Bakı) ― iqtisadçı alim, iqtisad elmləri doktoru (1994), professor.[1][2]

Həyatı

Kamil Şahbazov 14 fevral 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əməyin iqtisadiyyatı ixtisasına daxil olmuş, 1971-ci ildə həmin universitetdən məzun olmuşdur.[1][2]

Fəaliyyəti

Əmək fəaliyyəti

Kamil Şahbazov 1964–1967-ci illərdə istehsalat yönümlü müəssisələrdə çalışıb. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əmək fəaliyyətinə başlayan Kamil Şahbazov həmin müəssisədə laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Daha sonra 1988-ci ildən "İqtisadiyyatın idarə edilməsi", 1994-cü ildən "Menecment və sahibkarlığın fəaliyyəti", 2004-cü ildən isə "Menecment" kafedrasının müdiri vəzifəsində çalışır.[1]

Elmi fəaliyyəti

Kamil Şahbazov 1976-cı ildə namizədlik dissertasiyasını, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. O,idarəetmə və menecment problemləri ilə məşğul olur. Alim 5 monoqrafiyanın, 85 elmi-metodiki əsərin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər namizədi hazırlanmışdır.[2]

Mükafatı

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən Kamil Şahbazova təhsilin inkişafındakı xidmətlərinə görə Əməkdar müəllim fəxri adı verilmişdir.[1][2][3]

İstinadlar

  1. 1 2 3 4 "Şahbazov Kamil Ağazaman oğlu" (Azərbaycan). unec.edu.az. 2020-01-06 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 "Kamil Ağazaman oğlu Şahbazov" (PDF) (Azərbaycan). ebooks.az. 2020-10-09 tarixində arxivləşdirilib (PDF).
  3. "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına "Əməkdar Müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (Azərbaycan). president.az. 2021-04-29 tarixində arxivləşdirilib.