Kamil Şahbazov Ağazaman oğlu (14 fevral 1949, Bakı) ― iqtisadçı alim, iqtisad elmləri doktoru (1994), professor.[1][2]
Kamil Şahbazov | |
---|---|
Kamil Ağazaman oğlu Şahbazov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Atası | Ağazaman Şahbazov |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru (1994) |
Elmi adları | professor, alim |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Tanınır | iqtisadçı alim, professor |
Mükafatları | Əməkdar müəllim |
Kamil Şahbazov 14 fevral 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əməyin iqtisadiyyatı ixtisasına daxil olmuş, 1971-ci ildə həmin universitetdən məzun olmuşdur.[1][2]
Kamil Şahbazov 1964–1967-ci illərdə istehsalat yönümlü müəssisələrdə çalışıb. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əmək fəaliyyətinə başlayan Kamil Şahbazov həmin müəssisədə laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Daha sonra 1988-ci ildən "İqtisadiyyatın idarə edilməsi", 1994-cü ildən "Menecment və sahibkarlığın fəaliyyəti", 2004-cü ildən isə "Menecment" kafedrasının müdiri vəzifəsində çalışır.[1]
Kamil Şahbazov 1976-cı ildə namizədlik dissertasiyasını, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. O,idarəetmə və menecment problemləri ilə məşğul olur. Alim 5 monoqrafiyanın, 85 elmi-metodiki əsərin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər namizədi hazırlanmışdır.[2]
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən Kamil Şahbazova təhsilin inkişafındakı xidmətlərinə görə Əməkdar müəllim fəxri adı verilmişdir.[1][2][3]