Kanada zirinci

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kanada zirinci
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Berberis canadensis Mill.

Kanada zirinci (lat. Berberis canadensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

Şimali Amerikanın şərqində çayların sahillərində, hündür qayalarda və yamaclarda bitir.

Botaniki təsviri

Hündürlüyü 2–3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır, yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Vegetasiyası aprelin axırlarından oktyabrın axırlarına qədər davam edir. Çiçəkləməsi mayın axırından iyulun əvvəlinə qədərdir. Hər il bol meyvə verir. Sentyabrın axırlarında yetişir.

Ekologiyası

Dağətəyi zonalarda bitir. Qışadavamlılığı yüksəkdir. İstiyə, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması

Mərdəkan Dendrarisində introduksiya edilmişdir. Abşeronda, Qəbələdə, Lənkəranda və s. park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Meyvələrinin dekorativ görünüşünə park və bağlarda canlı çəpərlərin salınmasında istifadəsi məqsədyönlüdür.

İstinadlar

Həmçinin bax