Karyagin itburnusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Karyagin itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Karyagin itburnusu (lat. Rosa karjaginii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür.

Qısa morfoloji təsvir

Təbiətdə xırda koldur, hündürlüyü 50-60 sm-ə çatır. Yaşlı budaqları qırmızımtıl, təzə zoğları tünd göy rəngli tikanlı koldur. Mürəkkəb, təklələkvarı yarpaqları 7 ədəd yarpaqvarı çiçək qrupunda yerləşir. Meyvəsi sentyabr ayından yetişməyə başlayır. Qopartikanları möhkəm, düz və ya səthi əyilmiş, sarımtıl, qaidəsi çox enliləşmişdir. Yarpaqları 5-6 sm uzunluqda, 7 ədəd 15–18 mm uzunluqda, 10–15 mm enində ellipsvarı sivri, hər iki tərəfdən, xüsusən alt tərəfdən yumşaq tüklü, çoxlu vəzicikli, kənarı ikiqat itidişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltlığı alt tərəfdən tək-tək vəzicikli örtülü 5–6 mm enindədir, uzunluğu isə yarpaqcıqların uzununa bərabərdir. Meyvəsi çılpaq hamar, yumurtavarı, 3-3, 5-5 olaraq yerləşmişdir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə dövrü iyun, meyvə əmələgətirmə iyul aylarına təsadüf edir. Subalp qurşağında daşlı qayalı, çınqıllı-daşlı yamaclarda kolluqlarda rast gəlinir. Kserofitdir. Vitaminli bitkidir. Xalq təbabətində dərman bitkisi kimi istifadə olunur.

Sayı və tendensiyası

Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Yayılması

Naxçıvan MR-nın dağları, Ordubad rayonunun Unus kəndi ərazisində, Gənzə kəndinin ətrafında, şimal yamacında, 1100 m hündürlükdə rast gəlinir.

Məhdudlaşdırıcı amillər

Əhali tərəfindən meyvələrin intensiv toplanması və iqlim amilləri.

Mühafizə tədbirləri

Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax