Karyagin itburnusu (lat. Rosa karjaginii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür.
Karyagin itburnusu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Karyagin itburnusu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbiətdə xırda koldur, hündürlüyü 50-60 sm-ə çatır. Yaşlı budaqları qırmızımtıl, təzə zoğları tünd göy rəngli tikanlı koldur. Mürəkkəb, təklələkvarı yarpaqları 7 ədəd yarpaqvarı çiçək qrupunda yerləşir. Meyvəsi sentyabr ayından yetişməyə başlayır. Qopartikanları möhkəm, düz və ya səthi əyilmiş, sarımtıl, qaidəsi çox enliləşmişdir. Yarpaqları 5-6 sm uzunluqda, 7 ədəd 15–18 mm uzunluqda, 10–15 mm enində ellipsvarı sivri, hər iki tərəfdən, xüsusən alt tərəfdən yumşaq tüklü, çoxlu vəzicikli, kənarı ikiqat itidişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltlığı alt tərəfdən tək-tək vəzicikli örtülü 5–6 mm enindədir, uzunluğu isə yarpaqcıqların uzununa bərabərdir. Meyvəsi çılpaq hamar, yumurtavarı, 3-3, 5-5 olaraq yerləşmişdir.
Çiçəkləmə dövrü iyun, meyvə əmələgətirmə iyul aylarına təsadüf edir. Subalp qurşağında daşlı qayalı, çınqıllı-daşlı yamaclarda kolluqlarda rast gəlinir. Kserofitdir. Vitaminli bitkidir. Xalq təbabətində dərman bitkisi kimi istifadə olunur.
Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Naxçıvan MR-nın dağları, Ordubad rayonunun Unus kəndi ərazisində, Gənzə kəndinin ətrafında, şimal yamacında, 1100 m hündürlükdə rast gəlinir.
Əhali tərəfindən meyvələrin intensiv toplanması və iqlim amilləri.
Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir.