Kaspiana

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kaspiana[1] — Xəzər dənizinin cənub və cənub-şərq sahillərində, indiki Azərbaycan Respublikası ilə İran İslam Respublikası ərazisində mövcud olmuş tarixi viləyət. Adı bizim eramızdan əvvəl I minillikdə həmin ərazidə yaşamış kaspilərin adı ilə bağlıdır.

Qafqazın e.ə. V-IV əsrlər üçün etnik xəritəsində kaspilərin yaşadığı ərazi də göstərilir.

Əvvəl Əhəmənilərə aid olmuş, daha sonra Makedoniyalı İsgəndərin imperiyasının tərkibinə qatılmış, bu imperiyanın dağılmasından sonra isə Midiya hökmdarı Atropatın hakimiyyəti altına keçmişdir.

Həmçinin bax

İstinadlar

  1. Каспиана // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 291.