Kaspiana[1] — Xəzər dənizinin cənub və cənub-şərq sahillərində, indiki Azərbaycan Respublikası ilə İran İslam Respublikası ərazisində mövcud olmuş tarixi viləyət. Adı bizim eramızdan əvvəl I minillikdə həmin ərazidə yaşamış kaspilərin adı ilə bağlıdır.
Əvvəl Əhəmənilərə aid olmuş, daha sonra Makedoniyalı İsgəndərin imperiyasının tərkibinə qatılmış, bu imperiyanın dağılmasından sonra isə Midiya hökmdarı Atropatın hakimiyyəti altına keçmişdir.