Keçəli albalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Keçəli albalı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Təbii yayılması

Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır.

Botaniki təsviri

Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir. Çiçəkləri çəhrayı, çiçəkləmənin axırlarında isə ağ rəngdə olur. Çiçəkləri mayın ortalarında və ya axırında yarpaqlarla birlikdə açılır. Meyvələri al qırmızı olub, 1 sm diametrindədir və qısa meyvə saplağına malikdir. Ləti sulu və zərifdir. Çəyirdəyi xırdadır və lətdən ayrılmır. Meyvələri polimorfdur.

Ekologiyası

Çiçəkləri -30C-ə qədər soyuqlara dözür. Quraqlıq dövrlərdə meyvələri xırdalaşır, lakin tökülmür, uzun müddət bitkinin üzərində qalır.

Azərbaycanda yayılması

Böyük Qafqazda təbii halda rast gəlinir. Azərbaycanda Nəbatət bağına introduksiya edilib.

İstifadəsi

Meyvələri karbohidrogen, üzvi turşular, vitaminlərlə zəngindir. Onlarda vitamin C adi albalının sortlarına nisbətən 1,5-2 dəfə, dəmirin miqdarı isə almalarda olduğundan çoxdur. Bağı erkən yazda bəzəməsi və yayda meyvə verməsindən əlavə, sıx, şaxələnmiş salxımları canlı hasar, bordür yaratmaq, yamacları bərkitmək üçün yararlıdır.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax