Keniya Həmkarlar İttifaqları Mərkəzi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Keniya Həmkarlar İttifaqları Mərkəzi
Yaranma tarixi 1965
cotu-kenya.org

Keniya Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca KHİM (ing. Central Organization of Trade Unions - COTU) — Keniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Nayrobida yerləşir.

Tarixi

Mərkəz 1965-ci ildə Keniya Əmək FederasiyasıAfrika Əməkçilərinin Konqresinin birləşməsi nəticəsində yaranmışdır.

Tərkibi

Hazırda təşkilatın tabeçiliyində 39 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mərkəz 1 milyon 500 min işçini özündə cəmləşdirir.

Fəaliyyəti

Mərkəz yerlərdə işçiləri tam müdafiə etmək üçün fəal siyasət aparır. KHİM-də bir sıra komitələr yaradılıb. Bu komitələr ildə bir neçə dəfə iş yerlərində araşdırmalar aparır. Yəni yerlərdə iş şəraitinin mövcud durumu, müəssisələrin aylıq gəlirlərinə nisbətən işçilərin aldıqları maaş, əməkdaşlara ödənilən maddi yardım və müavinətlər, ailə vəziyyəti ilə bağlı qadın işçilər üçün müvafiq şəraitin yaradılması və sair kimi məsələlərə riayət olunması yoxlanılır. Bununla yanaşı, əməkçilərin təhlükəsizliyi hər zaman təşkilatın diqqət mərkəzindədir.

Qadın məsələləri

Qurumda qadın məsələləri ilə məşğul olan komitə də yaradılıb. Bura təşkilata üzv olan qadınlar istər iş yerlərində, istərsə də ailədə qarşılaşdıqları qanun pozuntusu hallarında müraciət edirlər. Bundan əlavə, komitədə qadınları həmkarlar ittifaqı hərəkatında fəal iştirakı və təşkilata asan motivasiya etmələri üçün xüsusi olaraq hazırlaşdırırlar. Sözügedən komitə kənd yerlərində yaşayan qadınların problemlərinin həll olunmasında və onların ictimaiyyətdə özlərini müdafiə etmək üçün maarifləndirilməsi istiqamətində çoxsaylı işlər görür.

Rəhbərləri

Hazırda təşkilata Rajabu Vondi rəhbərlik edir.

Beynəlxalq münasibətlər

Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Həmçinin bax

Mənbə

Xarici keçidlər

  • cotu-kenya.org — Keniya Həmkarlar İttifaqları Mərkəzinin rəsmi saytı