Kernqorms Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kern-gorms Milli Parkı
Pàirc Nàiseanta a' Mhonaidh Ruaidh
Sahəsi 4528 km²
Yaradılma tarixi 2003 il
İdarəetmə orqanı Milli parklar agentliyi (ing. National Park Authority)
Dağlar Ben-Makdui, Kern-Qorm
Çaylar Di, Spey
Göl Lox-an-Eylin
Yerləşməsi
57°07′ şm. e. 3°35′ ş. u.
Ölkə  Böyük Britaniya
Region Şotlandiya
Yaxın şəhər Avimor
cairngorms.co.uk
Kern-gorms Milli Parkı xəritədə
Kern-gorms Milli Parkı
Kern-gorms Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kernqorms Milli Parkı— (ing. Cairngorms National Park, şot.kelt Pàirc Nàiseanta a' Mhonaidh Ruaidh) Şotlandiyanın cənubunda, Qrampian dağlarının şimal yamacında yerləşir.

Di çayı

Yaranma tarixi və məqsədi

Kerngorms qoruğu 1954-cü ildə təbii halda bitən çinar ağaclarının qorunması məqsədi ilə yaradılmışdır. Ərazisi 4.528 km² təşkil edir. 2003-cü ildə Milli Park səviyəsinə çatmışdır. 2010-cu ildə isə Pert-end-Kinross əyalətinin ərazisinin bir hissəsi parkın ərazisinə daxil edilmişdir.

Parkın əhatə etdiyi ərazilər

Parkın ərazisi Şotlandiya torpaqlarının cəmi 10%-ni təşkil edir. Əsasən dağlıq olan ərazini Abendirşır, Anqus, Mori, Haylend və Pert-end-Kinross bölgələrinin torpaqlarında yerləşir. Burada Böyük Britaniyanın 5 ən hündür zirvəsindən 4-ü yerləşir. Bunlar: Ben-Makdui (1309 m.), Kern-Qorm ( 1244 m.), Cairn Toul (1291 m.), Braeriach (1296 m.).

Flora və faunası

Parkın ərazisində İngiltərədə mövcud olan ən böyük təbii meşələr yerləşir.Burada şam, ardıc, əsməqovaq, söyüd, tozağacı, qızılağac, quşarmudu aspen ağacları təbii halda bitir.Qoruğun ərazisində əsasən meşə heyvanları yaşayır. Bunlar dovşan, Avropa cüyürü, nəcib maral, meşə pişiyi. Çay qaraquşu, şahin, tetra, berqut parkın ornitofaunasını təmsil edr. Çay qaraquşunun sayı bu ərazilərdə az olduğuna görə nadir növlərdən hesab edilir.

İstinadlar

Xarici keçidlər