Qrampian dağları(ing. Grampian Mountains şot.kelt Am Monadh) — Şotlandiyanın şimal-şərqində yerləşən dağ sistemi. Qrampian dağları Şotlandiya dağlıq yaylasının cənub-şərq hissəsini təşkil edir. Hündürlüyünə görə Böyük Britaniyanın ən yüksək dağ silsiləsidir. Ərazinin ən hündür zirvəsi olan Ben Nevis həmdə Böyük Britaniyanın ən hündür dağıdır.[1]
Qrampian | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1344 m |
Uzunluğu | 269 km |
Eni | 247 km |
Sahəsi | 26 374 km² |
Hündür nöqtəsi | Ben Nevis dağı |
Yaranma dövrü | Paleozoyun sonu Mezozoyun əvvəli |
Süxurları | Qranit , Qneys , Mərmər , Kvarsit |
Yerləşməsi | |
56°55′ şm. e. 4°00′ q. u. | |
Ölkə | |
Yerləşməsi | Böyük Britaniya, Şotlandiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qrampian dağları Şimal-qərb dağlıq yaylasından Qreyt Qlen (Qreyt Mor) tektoknik sınma zolağı vasitəsi ilə ayrılır.[2] Şimal-qərb və Qrampian dağları birlikdə Şotlandiya dağlıq yaylasını formalaşdırır. Qrampian dağları Şotlandiya ərazisinin üçdə bir hissəsini təşkil edir. Ərazinin ən hündür zirvələri Ben Nevis (1344 m) və Ben Makduidir.(1309 m) Bu zərvələr Qrampian dağlarının bir hissəsi olan Kerinqorum dağlarında yerləşir. Dağlıq qurşağın şimal sərhəddi Kaledon kanalından keçir. Qrampian dağlarının 300-dən çox zirvəsi var ki, bunlarında çoxu 500-900 metr hündürlüyə malikdir. Əksər zirvələr dik və çətin keçiləndir.
Ümümilikdə Qrampian dağları 10 fərqli dağ sistemindən ibarətdir :[3]
Dağların geoloji yaşı 200 milyon il hesab olunur. Ərazi maqmatik və metamorfik süxurlardan təşkil olunub. Ümumilikdə Qrampian dağlarının formalaşması Palezoyun sonu başlamış və Mezozoyun ortalarına qədər davam etmişdir. Demək olar ki, bütün dağlıq ərazidə kristallik süxurlar çox üzdə yerləşir və bəzən qranit, qneys, mərmər kimi süxurlar nazik torpaq qatı altında böyük məsafələri əhatə edir.
Ərazi mülayim dəniz iqliminə malikdir. Yanvar ayının orta temperaturu +5 — +7 °C arasında dəyişir. İyul ayı isə sərin keçir və orta ayliq temperatur +19 °C-dən yuxarı olmur. Orta illik yağıntı 1000 mm-dən yuxarıdır. İlin 100 günü qar örtüyü qalır.
Əsas büyük çayları Tey, Spey, Kaui-Uoter, Don və Didir. Lox Ness, Lox Oix, Lox-Loxi şirin sulu və ən böyük gölləridir.
Qrampian dağları zəngin fauna və floraya malikdir. Bitki örtüyü arktik və alp qurşağına daxildir. Qeydiyyata düşən 363 növün 81 alp qurşağı üçün xarakterik bitkilərdi.[4] Tey çayında dünya üzrə nəsli kəsilməkdə olan "Avropa molyuskaları"nın üçdə ikisi yerləşir.[5]