Kesennuma Köpəkbalığı Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kesennuma Köpəkbalığı Muzeyi
Xəritə
Açılış tarixi 1997
Mövzu köpəkbalığı
Ölkə
Yerləşir Kesennuma[d]
38°54′03″ şm. e. 141°34′45″ ş. u.
uminoichi.com/museum/

Kesennuma Köpəkbalığı Muzeyi (気仙沼シャークミュージアム, Kesennuma Şaku Myuciamu?)Yaponiyanın Miyaqi prefekturasının Kesennuma şəhərində yerləşən muzey. Yaponiyada köpəkbalıqlarına həsr olunmuş yeganə muzeydir.[1]

Tarixi

Kesennuma şəhəri Yaponiyada köpəkbalığı ovu və köpəkbalığı xörəkləri ilə məşhurdur, hətta şəhər "Köpəkbalığı şəhəri" ləqəbi ilə tanınır.[2] Bu səbəbdən 1997-ci ildə şəhərdə köpəkbalıqlarına həsr olunmuş muzey açılmışdır. 2011-ci ildə baş vermiş Tohoku zəlzələsi səbəbilə muzey bağlanmış, yenidənqurma işlərindən sonra 2014-cü ildə yenidən açılmışdır.[1]

Xüsusiyyətlər

Umi no İçi binasının 2-ci mərtəbəsində yerləşən muzey köpəkbalıqlarının ekologiyasına və 2011-ci ildə baş vermiş zəlzələyə həsr olunmuşdur. Muzey 4 bölmədən ibarətdir: bölmələrin ikisi zəlzələdən, biri Kesennuma limanının indiki vəziyyətindən, biri isə köpəkbalıqlarından bəhs edir. Köpəkbalığı bölməsində "Köpəkbalığı möcüzələri" adlı sərgi keçirilir. Burada böyük ağ köpəkbalığıbalina köpəkbalığının realistik modelləri dayanır, köpəkbalığı çənələri sərgilənir, köpəkbalıqlarının yaşayış arealını göstərən xəritə nümayiş etdirilir.[3]

İstinadlar

  1. 1 2 "Shark Museum". The Story of Michinoku Gold (ingiliscə). İstifadə tarixi: 10 avqust 2023.
  2. "Shark Museum". Visit Kesennuma (ingiliscə). İstifadə tarixi: 10 avqust 2023.
  3. "シャークミュージアム". Muzeyin rəsmi saytı (yaponca). 10 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2023.

Xarici keçidlər