Bu məqaləni vikiləşdirmək lazımdır. |
Martın 11-də ümumdünya vaxtı ilə saat 05:46-da (YSV ilə saat 14:46-da) Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi prefekturası sahillərindən 130 kilometr uzaqlıqda Sakit Okeanda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4–6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir.
Senday zəlzələsi və sunami | |
---|---|
Tarix | |
Maqnituda | 9,0[1]-9,1[2] Mw |
Hiposentrin dərinliyi | 32 km |
Episentrin yeri | 38°19′19″ şm. e. 142°22′08″ ş. u.HGYO |
Əhatəsi |
Zəlzələ və sunami: Sunami: [3] [4] |
Sunami | 40,5 m-ə qədər |
Ölənlər |
|
Xəsarət alanlar |
ölü: 15 883 yaralı: 6143 itkin: 2681 [5] |
İqtisadi zərər | təxm. 309 mlrd USD[6] |
Afterşoklar | > 890 (57-si 6.0 MW baldan yuxarı) |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb.
Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi prefekturasında çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksəksürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima prefekturalarında 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb. Takaxaqi şəhərində ən azı bir nəfərin öldüyü, 8 nəfərin itkin düşdüyü bildirilir. Yaponiya hökuməti xarici yardımları qəbul etməyə hazır olduğunu bəyan edib. Bu arada Çibu prefekturasında neft emalı zavodunun yandığı barədə də məlumat yayılıb. Yanğının hündürlüyü 30 metrə çatır.
Rəsmi məlumata əsasən, zəlzələ nəticəsində 18 mindən artıq insan ölüb, 2 mindən çox adam isə itkin düşüb. İnsan tələfatı əsasən sunami baş verən ərazilərdə qeydə alınır. Zəlzələ və sunamidən daha çox Miyagi, İvate və Fukusima prefekturaları zərər çəkib. Altı prefekturada isə güclü yanğınlar qeydə alınıb. Senday şəhərinə də güclü ziyan dəyib. Senday beynəlxalq hava limanı su altında qalıb, Sanriku şəhərində isə suyun səviyyəsi üçmərtəbəli binaları keçib. Bu şəhərdə dəniz limanı tamamilə dağılıb.
Martın 11-də baş verən 9 ballıq zəlzələdən sonra Fukuşima prefekturasındakı "Fukuşima-1" AES-də reaktorlardan birinin soyutma sistemi sıradan çıxıb, ətrafa hidrogen şüalanması yayılıb. Ardınca daha iki reaktorun soyutma sistemi sıradan çıxıb. Həddən artıq qızma nəticəsində stansiyanın işlənmiş nüvə yanacağı saxlanan anbarında partlayış olub, bununla da atmosferə radiasiya yayılmağa başlayıb. BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi bəyan edib ki, vəziyyət kritikdir və belə davam etsə stansiyanın reaktoru da partlayayəni əsl nüvə partlayışı baş verə bilər. Bildirilir ki, hazırda stansiyanın 6 reaktorunun hamısında vəziyyət kritikdir.