Kilimancaro Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kilimancaro Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 75.575 ha
Yaradılma tarixi 1973
Yerləşməsi
3°04′ c. e. 37°22′ ş. u.
Ölkə
tanzaniaparks.com/kilima…
Kilimancaro Milli Parkı xəritədə
Kilimancaro Milli Parkı
Kilimancaro Milli Parkı
Rəsmi adıKilimanjaro National Park
TipiTəbii
Kriteriyavii
Tarixi1987 (11-ci sessiya)
İstinad nöm.403
ÖlkəTanzaniya Tanzaniya
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilimancaro Milli ParkıTanzaniyanın Kilimancaro regionunda, ekvatordan 300 kilometr (190 mil) cənubda yerləşən milli park.[1] Park Moşi şəhərinin yaxınlığında yerləşir.[2] Parka Kilimancaro dağının bütün meşə zolağı və 1,820 metr (5,970 ft) yuxarıdakı montan meşə kəməri daxildir.[1][2] Kilimancaro Milli Parkı 1 688 kvadrat kilometr ərazini əhatə edir. Park Tanzaniya Milli Parklar Təşkilatı (ing. Tanzania National Parks Authority (TANAPA))) tərəfindən idarə olunur.[3]

Park 2013-cü ildə 51 milyon ABŞ dolları gəlir əldə etdi.[4]:285 Park bununla Tanzaniya milli parkları arasında ikinci[5]:258 və 2012-2013-cü illər ərzində büdcəyə gəlir gətirən yalnız iki Tanzaniya milli parkından biri idi.[6] TNPA, 2012-2013 turizm ilində parkda 58.460 turistin qeyd etdiyini, bunlardan 54.584 nəfərinin xarici olduğunu bildirdi.[6]

Tarix

XX əsrin əvvəllərində Kilimancaro dağı və ona bitişik meşələr Alman müstəmləkə hökuməti tərəfindən ov ərazisi elan edildi.[2] 1921-ci ildə ərazi meşə qoruğu təyin edildi.[2] 1973-cü ildə isə meşə zolağının üzərindəki dağ (təxminən 2,700 metr (8,900 ft)) milli park olaraq təsnif edildi.[1] Park 1987-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən Ümumdünya irsi elan edilmişdir.[2] 2005-ci ildə park Kilimancaro Meşə Qoruğunun bir hissəsi olan bütün montan meşəsini əhatə etmək üçün genişləndirildi.[1][2]

Fauna

Parkda müxtəlif heyvanlar tapıla bilər. Meşə zolağından yuxarıda Kilimancaro ağac damanı, kolluq dukeri və gəmiricilərə tez-tez rast gəlinir.[2] Meşə zolağında Buşbok və cephalophus spadix görünür.[2] Montan meşəsində və bəzən rütubətli və ya otlaq ərazilərdə Afrika kəlləri yaşayır.[2] Fillərə Namvay və Tarakya çayları arasında rats gəlinə bilər və bəzən daha yüksək hündürlüklərdə də olurlar.[2] Montan meşələrində mavi meymunlar, ağ-qara kolobuslar, qalaqolarbəbirlərə rast gəlmək olar.[2]

İstinadlar

  1. 1 2 3 4 "Kilimanjaro National Park World Heritage Site, Tanzania National Parks". 2018-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 UNESCO. "Kilimanjaro National Park". 2012-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  3. Mount Kilimanjaro National Park, Tanzania National Parks Authority Arxivləşdirilib 2012-09-23 at the Wayback Machine
  4. Ghazali Musa; James Higham; Anna Thompson-Carr, redaktorlar Mountaineering Tourism. Routledge. 5 June 2015. ISBN 978-1-317-66874-9. 23 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2020.
  5. Ian Christie; Eneida Fernandes; Hannah Messerli; Louise Twining-Ward. Tourism in Africa: Harnessing Tourism for Growth and Improved Livelihoods. World Bank Publications. 2014. ISBN 9781464801976. 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  6. 1 2 Tanzania National Parks. "Park arrivals highlights, Tourism Performance, Corporate Information". 20 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2015.