Sonqo-Mnara — Tanzaniyanın cənubundakı Suahili sahilində yerləşən şəhər dağıntıları. Daş şəhərdə 14–16-cı əsrlərə qədər məskunlaşılmışdır.[2] Sonqo-Mnara yaxınlıqdakı daş şəhər Kilva-Kisivani ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[3] Ümumilikdə, arxeoloqlar adada üç divarla əhatəli açıq sahə ilə birlikdə altı məscid, dörd qəbiristanlıq və bir çox ev bloku aşkarlamışlar.[4] Sonqo-Mnara kobud mərcan daşları və tikinti qarışığı ilə tikilmişdir.[5] Bu daş şəhər Hind okeanındakı bir çox ticarət şəhərlərindən biri olaraq inşa edilmişdir.[3]
Sonqo-Mnara | |
Ruins of Songo Mnara [* 1] | |
Ölkə | Tanzaniya |
---|---|
Tip | Mədəni |
Kriteriya | (iii) |
Keçid | 144-002 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 1981 (15-ci sessiya) |
Təhlükədə | 2004–2014[1] |
|
|
Arxeoloqlar Suahili sahilindəki daş şəhərlərin düzülüşünü, İslam mədəniyyətindəki rolunu, xüsusi qəsəbələrin funksiyalarını və torpaq mülkiyyətinin mürəkkəb iqtisadi və ritual prosesini başa düşmək üçün əsasən məscidlərin və evlərin əlaqələrinə diqqət edərək təhlil edir.[4]
Şəhərlərdə açıq yerlər həm ictimai qurumlar, həm də funksional məqsədlər üçün istifadə olunurdu. Qəbiristanlıqlar şəhər divarlarının həm daxilində, həm də xaricində tapılmışdır.[4] Sonqo-Mnaranın təşkili, divarlarının bənzərsiz bir xüsusiyyətə sahib olmasına baxmayaraq, Suahili sahili boyunca yerləşən daş şəhərlər üçün tipikdir.[4]
Qazıntılar arxeoloqlara Sonqo-Manaranın məişətinin daha yaxşı anlamağa kömək etdi. Daş şəhərin ətrafındakı 40-dan çox evdən bir neçəsi də daxil olmaqla bir çox müxtəlif ərazidə qazıntılar aparılmışdır. 44 nömrəli evdə, evlərin xaricindəki 23 nömrəli evdə, qəbiristanlığın yaxınlığında və quyuda xəndəklər qazılmışdır.[6] Qazılan evlərin içərisindən çox az sayda tapıntı tapılsa da, tapıntılar bir çox fərqli tipdə idi.[4] Arxeoloqlar tapdıqlarını diqqətlə xəritələşdirmiş və qeyd etmişlər.[6]
44 nömrəli ev, otaqların mürəkkəbliyi və yaşayış evi olduğuna görə mühüm bir tədqiqat sahəsi idi. Bu evin hər otağında qazıntı işləri aparılmış, hər bir qazıntı sahəsi fərqli nömrə ilə qeyd edilmişdir. Keramika təbəqələri səbəbindən yavaş-yavaş qazılmış cənub-qərb otağında 1×1 m test vahidi var idi. Döşəmənin altındakı gips səviyyəsinə çatdıqda qazıntı dayandırıldı. Evin cənub-qərb tərəfində təxminən 4×2.25 m olan başqa bir yer daha var. Bu otaqda da keramika tapılmışdır. Növbəti otaq evin mərkəzində idi və burada söküntü təbəqələri arasında gips və mərcan tapılmışdır. Giriş otağında, cənub-şərq otağında və evin arxa otağında da qazıntı işləri aparılmışdır.[6] 44-cü evdə tapılan keramika XV əsrə aiddir.[6]
23 nömrəli ev, Sonqo-Mnaranın cənub-qərb ucunda yerləşir. Vaxt məhdudluğuna görə bu ev tamamilə qazılmamış, sadəcə nümunələr götürmüşdür. Evin həyətində 4×1 m ölçüdə bir vahid qoyulmuşdur. Qazıntılar zamanı mərcan süxurundan düzəldilmiş döşəmə ilə yanaşı, pillələr də aşkar edilmişdir.[6] Növbəti otaq, 2×2 m ölçülü bir vahid qoyulmuş mərkəzi otaq idi. 44 nömrəli evdən fərqli olaraq, burada gips döşəmə mövcud deyildi.[6]
31, 40 və 34 nömrəli evlərdə Sonqo-Mnaradakı 2011 məktəb düşərgəsi zamanı qazıntı aprıldı. İlkin araşdırma isə 2009-cu ildə məktəb düşərgəsi zamanı aparılmışdır. 2009-cu ildə Sonqo-Mnaradakı evlərin arxeoloji qazıntıları zamanı arxeoloqların araşdırdığı altı sahə var idi. Hər bir evdə yenə gips döşəmələr və artefaktlar tapılmışdı. Olduqca fəallıq göstərdiyi sınanan ön girişlərdən birində keramika aşkarlandı.[7] Arxa otaq ön otaqlara nisbətən daha səliqəli olduğu üçün ön otaqların aktivliyini göstərmədi. Bu məktəb düşərgəsi zamanı döşəmənin altından Kilvaya aid sikkələr də tapılmışdır. Bu evlərdə tapılan bütün məlumatlar ərazidəki yalnız açıq sahələrin deyil, evlərin də paylaşıldığının göstərdi.[7]
2009 məktəb düşərgəsi boyunca Sonqo-Mnranın açıq sahələrində qazıntılar edilmişdir. Ərazidək bütün fəaliyyət şəxsi məkanı ictimai məkandan ayıran strukturlar tərəfindən ortaya çıxmışdır. Arxeoloji cəhətdən baxdıqda, keramika və digər tapıntılarda çox sayda fəaliyyət mövcud olmuşdur.[8] Sikkələrin açıq ərazilərdə tapılması, bütün açıq sahələrin normal olaraq kənarda tapılan fəaliyyətlər üçün istifadə olunduğunu düşündürür.[8]
2011 məktəb düşərgəsi boyunca, 2009-cu il düşərgəsindən fərqli olaraq məscidlərə də baxıldı. Sonqo-Mnaranı anlamaq üçün mərkəzi məscidə araşdırıldı. Qəbirlərdəki araşdırma zamanı isə insanların dəfn edildikdən sonra dəfn olunanlara qayğı göstərdikləri ortaya çıxdı.[7]
Sonqo-Mnara, ana süxur üzərində və qumlu iki təbəqə üzərində qurulmuş bir adadır. Kilva-Kisivaninin episentrinə yaxınlığı və məhdud məskunlaşılması onu geoarxeoloji tədqiqatlar üçün əlverişli bir sahə halına gətirir.[3] 2011-ci ildə Sonqo-Mnaradan torpaq nümunələri götürüldü və geoarxeoloqlar, təbii olaraq yatmış maddələri insan tərəfindən yatırılan maddələrdən fəqrləndirmək üçün mikrostratiqrafiya və fitolit analizləri apardılar.[9] Biri Sonqo-Mnaranın şimal ucunda, digəri isə cənub ucunda olmaqla iki açıq sahə sınaqdan keçirildi. Nümunələr doldurulmuş otaqlardan və evlərin döşəmələrindən də götürülmüşdür.[9] 44-cü evdən götürülmüş nümunələrdə çox sayda xurma fitolitləri aşkar edilmişdir ki, bu da təbii hal deyildi.[9]
Sikkələr 11–16-cı əsrlərə aiddir. Onlar əsasən döşəmə qatlarında aparılan araşdırmalar zamanı aşkar edilmişdir.[10] Nəsir əl-Dünya, Əli ibn əl-Həsən və əl-Həsən ibn Süleyman ərazidə tapılan sikkə növləri idi və dövrün hökmdarlarının adlarını daşıyırdı. Nəsir əl-Dunya sikkəsini zəif qorunması səbəbindən oxumaq asan deyil. Əli ibn Əl-Həsən sikkəsindəki simvollar Sonqo-Mnaradakı Kilva sikkələrinin əksəriyyətini təşkil edir.[10] Sikkələr, ərazinin bilinən məskunlaşma tarixindən daha erkən tarixlərdə ərazidə yaşamış digər insanlardan da qalmış ola bilər.[10]
Suahili sahillərində ticarət Çin, Hindistan və Hind okeanında ticarətlə məşğul olan digər ölkələr arasında aparılırdı.[11] Sonqo-Mnaradakı ticarət ilə bağlı araşdırmalar zamanı, Çin və cənub-şərqi Asiyadan gətirilən keramika qalıqları tapılmışdır. Çin keramikasına aid dəlillər 14-cü əsrə aid mavi-ağ çini və yaşıl şüşəli daş əşyalar idi.[11] Cənub-Şərqi Asiyaya aid dəlillər isə şüşəsiz və yaşıl şüşəli daş məmulatladan ibarət idi.[11]
2005 və 2009-cu illər arasında, Zamani layihəsi, Sonqo-Mnaradakı bəzi suahili dağıntılarını yerüstü 3D lazer skaneri ilə sənədləşdirmişdir.[12][13][14] Bəzi 3D modellər, panorama turları, yüksəkliklər, bölmə və planlar www.zamaniproject.org saytında mövcuddur.