Kimiko Tsumura

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kimiko Tsumura
yap. 津村紀三子
Doğum tarixi 16 avqust 1902(1902-08-16)
Doğum yeri Akaşi, Hyoqo prefekturası, Yaponiya Yaponiya
Vəfat tarixi 12 aprel 1974(1974-04-12) (71 yaşında)
Fəaliyyəti aktrisa, dramaturq

Kimiko Tsumura (津村紀三子, Tsumura Kimiko?, 16 avqust 1902, Akaşi12 aprel 1974)Yaponiya no aktrisası və dramaturqu. O, no tamaşalarında çıxış edən ilk qadınlardan biridir.[1]

İlk illəri

Kimiko Tsumura 16 avqust 1902-ci ildə Yaponiyanın Akaşi şəhərində doğulmuşdur.[1] O, üç qızdan və bir oğuldan ibarət ailənin ən gənc üzvü idi.[2] Kimiko doğulduqdan dərhal sonra ailə işlə əlaqədar olaraq Tokioya köçmüşdür.[2] Kimikonun atası Masumi biznesmen idi və uşaqlarının sənət təhsilinə böyük önəm verirdi.[2] Kimikonun böyük bacısı Şizuko no nəğmələrini və rəqslərini öyrənmiş, digər bacısı Çiyo isə peşəkar rəssamdan ənənəvi rəssamlıq dərsləri almışdır.[2]

Kimiko əvvəlcə Çiyo kimi rəssamlıqla məşğul olsa da, 13 yaşından etibarən ənənəvi teatr sənətinə maraq göstərməyə başlamışdır.[2] Həmin dövrdə Tokioda qızlar üçün no dərsləri təşkil olunsa da, onların no tamaşalarında çıxış etmələrinə icazə verilmirdi.[1]

Karyerası

Tsumura 17 yaşında aktyor Kanze Kasetsunun tələbəsi olmuşdur.[1] Təhsili zamanı 200-ə qədər ənənəvi no tamaşasını öyrənmiş və əzbərləmişdir.[1] Koreyanın Busan şəhərinə səyahət edərək müəllimlik etmiş və təlimçi kimi tanınmağa başlamışdır.[1] 19 yaşında Koreyada səhnəyə çıxaraq ilk ictimai tamaşasını gerçəkləşdirmişdir.[1]

Tsumuranın no tamaşasında çıxış etməsi xəbəri Yaponiyaya çatmış və ölkədə keçirilən no tamaşalarından məsul olan Noqaku Assosiasiyasını şoka salmışdır.[1] Tsumuranın assosiasiya ilə əlaqə qurması qadağan edilmiş və Kasetsu ilə olan müəllim-şagird əlaqələri bitmişdir.[1] Bu baxmayaraq, no sənətindən əl çəkməmiş və 1925-ci ildə Yaponiyaya qayıdanda Ryokusen-Kay adlı məktəb yaratmışdır.[1] Növbəti 50 il ərzində bir çox no tamaşası yazaraq səhnələşdirmiş, tez-tez Koreyaya səyahət etmişdir.[1] Bir çox tələbəsi tanınmış no sənətçisi olmuşdur.[1]

İrsi

Google 2022-ci ildə onun 120 illiyi münasibətilə dudl təqdim etmişdir.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Kimiko Tsumura's 120th Birthday". Google (ingiliscə). 16 avqust 2022. 22 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2022.
  2. 1 2 3 4 5 Maruki, Yasutaka. "Tsumura Kimiko and Resurgence of Traditional Noh Theater". Asian Culture and History (ingiliscə). 5 (2). 2013. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2022.