Kopimizm Kilsəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kopimizm Kilsəsinin emblemi

Kopimizm Kilsəsi (isv. Kopimistsamfundet; ing. copy me - azərb. kopyala məni[1]) — informasiyanın pulsuz paylaşımı inancı.

Tarixi

Kopimizm Kilsəsinin ruhani lideri və qurucusu fəlsəfə sahəsində təhsil alan İsak Gersondur[2]. 2011-ci ilin yanvar yına olan məlumata görə Kilsənin 3000 üzvü var[3].

Əsas inancı

Kopimizm Kilsəsinin əsas inancı informasiyanın pulsuz paylaşımıdır. Kopimistlər bütün informasiya paylaşımlarının "müqəddəs" olduğuna və paylaşdıqca onların dəyərinin bir neçə dəfə çoxaldığına inanırlar.

Müqəddəs simvolu

Kopimizmdə müqəddəs simvollar

Kopimistlər klaviatura üzərindəki "CTRL+C" və "CTRL+V" düymələrini öz dinlərinin müqəddəs simvolu elan etmişdir.

Rəsmi qəbulu

Bir ildən çox davam edən çalışmaların nəticəsində 2011-ci ilin dekabr ayında Kopimizm Kilsəsinin rəsmi olaraq yeni din kimi fəaliyyətinə ilk dəfə İsveç hökuməti tərəfindən icazə verilmiş və rəsmi olaraq tanınmışdır. İsveç hökuməti kopimizmi din olaraq rəsmən qəbul etsə də, hələ ki, pirat fayl paylaşımı ölkədə qanuni deyil.

Mənbə

İstinadlar

Xarici keçidlər