Kriosfer

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kriosfer (q.yun. κρύος — soyuqσφαῖρα — şar, təbəqə) — Yer kürəsinin atmosfer, hidrosferlitosfer ilə sərhəd zonasında həmişə temperaturu mənfi olan soyuq təbəqəsi. Üst sərhəddi qütb ölkələrində Yer səthindən osta hesabla 8 km, ekvatorda isə 17 km hündürlükdə yerləşir. Alt sərhəddi yüksək enliklərdə dəniz səthində, tropiklərdə isə 6,5 km-ə qədər hündürlükdə yerləşir. Kriosferin orta qalınlığı 10 km-dir.

Ümumi məlumat

Kriosfer Yer səthində bütöv təbəqə əmələ gətirmir, onun mövqeyi ilin fəsillərindən asılı olaraq dəyişir. Qurunun bütün səthinin təqribən 50%-i (tropiklər arasında dəniz səviyyəsindən 1500 m hündürlüyə kimi) kriosferə düşmür, 30%-i hər il (ilin soyuq dövründə) kriosferə düşür, 20%-i isə daima kriosfer daxilində olur.[1]

Yerdə buzun ümumi həcmi 30 milyon km³-dən çoxdur, bu isə, litosferdəki su nəzərə alınmazsa, bütün suyun miqdarının 2,6%-ə qədərini təşkil edir. Yer səthinin təqribən 50 milyon km²-i (11%-i) daima buzla örtülüdür. Dəniz buzu bütün buzun yalnız 0,2%-ni təşkil edir. Yer qabığının üst qatlarında 0,5 milyon km³ (bütün buzun 1,6%-i) yeraltı buz vardır ki, bu da 16 milyon km² sahədə yayılmışdır.

İstinadlar

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı: Elm: 2008.

Xarici keçidlər

Ekologiya, ətraf mühit və insan Arxivləşdirilib 2017-07-05 at the Wayback Machine

Həmçinin bax

Klimatologiya