Klimatologiya

Klimatologiya və ya iqlimşünaslıqİqlim haqqında təlim, meteorologiyanın əsas bölmələrindən biridir. İqlimşünaslığın mövzusu astronomik və fiziki-coğrafi şəraitin mürəkkəb kompleksinin təsiri altında formalaşan atmosfer proseslərinin öyrənilməsidir. Bu proseslər, əsasən Günəş radiasiyasının təsiri altında yaranır. Bu radiasiya dəniz və quru səthindən istilik və rütubətin mübadiləsi nəticəsində havanın daşınmasına və dəyişməsinə səbəb olur. Qısa müddətdə atmosferdəki proseslər avtonom baş verir. Uzun zaman müddətində bu proseslər əhəmiyyətli dərəcədə istilik axınından asılı olur. Bu səbəbdən, Yer kürəsinin hər bir ərazisində proseslərin xarakteri, onların yaranma tezliyi, dəyişmə müddəti və ardıcıllığı verilmiş ərazinin en dairəsi, ilin fəsli, relyefin şəraiti, okean və qurunun paylanması kimi qlobal amillərlə təyin olunur. Yerin radiasiya rejimi, nəinki Günəş işıqlanmasının dəyişməsindən və Yer orbitinin elementlərinin tərəddüdündən asılıdır, o həmçinin geoloji keçmişdə atmosferin tərkibinin inkişafından və insan fəaliyyətindən də asılıdır. İqlimə fəal təsir göstərmək üçün, insan heç olmasa bu kompleksin tərkib hissələrindən birini dəyişsin. Hal-hazırda, artıq antropogen fəaliyyət iqlimi dəyişən əsas səbəblərdən biridir. İnsan cəmiyyətinin fəaliyyəti min illər ərzində təbii surətdə iqlimin dəyişməsinə gətirib çıxarmışdır.

Verilmiş yerin iqlimi dedikdə, bu yer üçün xarakterik olan və əsasən Günəş radiasiyası, onun yer səthinin fəal təbəqəsində dəyişməsi və bununla bağlı atmosfer və okean sirkulyasiyası ilə əlaqədar havanın çoxillik rejimi nəzərdə tutulur.

İqlim rejiminin xüsusiyyətləri coğrafi enliklərlə, dəniz səviyyəsindən hündürlüklərlə, atmosferin sirkulyasiyası ilə və yer səthinin xarakteri ilə təyin olunur.

P. İ. Koloskovaya görə, iqlim mühitin meteoroloji tərkib hissəsidir. Bu tərif onunla dəyərlidir ki, o, iqlimə coğrafi obyekt kimi baxır. Bu isə digər müəlliflərin tərifində demək olar ki, baxılmır.

Olduqca özünəməxsus bir şəkildə L. S Berq iqlimə tərif vermişdir: "İqlim dedikdə, müxtəlif meteoroloji təzahürlərin orta vəziyyəti nəzərdə tutulmalıdır. Çünki, bu orta vəziyyət bitkilərin, heyvanların və insanların, həmçinin yer örtüyü növlərinin həyatında özünü göstərir. İqlimşünaslıq o fiziki prosesləri nəzərə almır ki, onlar məlum olduğu kimi orqanizmə və torpaq əmələgəlməyə təsir etmirlər".

Yerdə həyatın yaranmasına, üzvi birləşmələrin və qruntların formalaşmasına qədər də hər hansı bir iqlim mövcud idi. İqlimin formalaşma nəzəriyyəsinin inkişafı Yer kürəsinin atmosferində, okeanda, quruda və buz örtüyündə baş verən qarşılıqlı təsir proseslərinin kəmiyyətcə nəzərə alınmasını tələb edirdi. Bu səbəblərdən qlobal iqlim dedikdə atmosfer-okean-quru-kriosfer sisteminin meteoroloji tərkib hissəsinin vəziyyətinin yığını nəzərdə tutulmalıdır.

  • IPCC Intergovernmental Panel on ClimateChange: The IPCC azeribaycanthe scientific, technical and socio-economic information relevant for the understanding of the risk of human-induced climate change.
  • [1]KNMI climate explorer allows you to produce climatological relationships of spacial and temporal data in lurid false colour maps, takes minutes to learn and is a highly powerful tool. it runs off a lovely dutch mans linux somewhere in holland. free and easy, and arguably fun.
  • Climatology as a Profession Arxivləşdirilib 2007-07-13 at the Wayback Machine Американский институт физики — история климатологии XX века.