Kuznetsov quşarmudu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kuznetsov quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kuznetsov quşarmudu (lat. Sorbus kusnetzovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Ümumi yayılması

Rusiya (Dağıstan), Gürcüstan, Ermənistan, Balkan ölkələri, Livan, İran və Türkiyədə təbii arealları vardır.

Azərbaycanda yayılması

Azərbaycanda Quba, Şəki rayonlarında (Köynük kəndi) yuxarı dağ meşə qurşağında qayalıq yerlərdə təsadüf edilir.

Statusu

Azərbaycanın nadir bitki növlərindən biridir. VU B1 ab (ii,iii) + 2 ab (iii).

Bitdiyi yer

Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında cənub yamaclarda təsadüf edilir.

Təbii ehtiyatı

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

Hündürlüyü 4–5 m-ə çatan alçaqboylu koldur. Yarpağı sadə, enli, tərs ellipsvarı olub, qaidə hissəsi azacıq pazvarıdır. Üstdən çılpaq, altdan sıx keçə tükcüklüdür. Yarpaqlarının uzunluğu 6-12 sm arasında ola bilir. Yarpaqlarının kənarı ikiqat mişardişlidir. Meyvələri yumrudur. Çiçək saplağı tüklüdür. İyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabrda isə meyvəsi yetişir.

Çoxalması

Təbiətdə generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi tövsiyə olunur.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax