Kuznetsov quşarmudu (lat. Sorbus kusnetzovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Kuznetsov quşarmudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Kuznetsov quşarmudu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Rusiya (Dağıstan), Gürcüstan, Ermənistan, Balkan ölkələri, Livan, İran və Türkiyədə təbii arealları vardır.
Azərbaycanda Quba, Şəki rayonlarında (Köynük kəndi) yuxarı dağ meşə qurşağında qayalıq yerlərdə təsadüf edilir.
Azərbaycanın nadir bitki növlərindən biridir. VU B1 ab (ii,iii) + 2 ab (iii).
Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında cənub yamaclarda təsadüf edilir.
Azərbaycanda arealı geniş deyildir.
Hündürlüyü 4–5 m-ə çatan alçaqboylu koldur. Yarpağı sadə, enli, tərs ellipsvarı olub, qaidə hissəsi azacıq pazvarıdır. Üstdən çılpaq, altdan sıx keçə tükcüklüdür. Yarpaqlarının uzunluğu 6-12 sm arasında ola bilir. Yarpaqlarının kənarı ikiqat mişardişlidir. Meyvələri yumrudur. Çiçək saplağı tüklüdür. İyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabrda isə meyvəsi yetişir.
Təbiətdə generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi tövsiyə olunur.