Lütfi Şahverdiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Lütfi Nəzəroğlu
Şahverdiyev Lütfi Nəzər oğlu
Doğum tarixi (57 yaş)
Doğum yeri Şamaxı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı 2 övlad
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti ssenarist

Şahverdiyev Lütfi Nəzər oğlu- ssenarist, layihə rəhbəri. İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin üzvü.

Həyatı

Lütfi Nəzər oğlu Şahverdiyev 3 aprel 1967-ci ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecini,1995-ci ildə isə Bakı Dövlət Universitetini bitirib. İxtisasca jurnalistdir.

Fəaliyyəti

1989-1991-cı illərdə "Azərkinovideo İstehsalat Birliyinin "Kino" qəzeti və "Film" jurnalında müxbir vəzifəsində çalışıb.1991-1994-cü illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Xəbərlər" baş redaksiyasında müxbir və xəbər redaktoru kimi fəaliyyət göstərib.1996-2005-ci iilərdə müxtəlif mətbuat orqanlarında şöbə müdiri və baş redaktor müavini vəzifələrində çalışıb.2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Milli Azlıqlar ücün Verilişlər departamenti"ndə redaktor vəzifəsində, Azərbaycan Regional Televiziyaları İstehsalat Birliyində redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərib. 2013-cü ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Carçıfilm" Yaradıcılıq Birliyinin böyük redaktorudur.Onlarla televiziya verilişlərinin,sənədli televiziya filmlərinin layihə rəhbəri və ssenari müəllifidir.

Filmoqrafiya

  1. Bizim ellər (film, 2013)
  2. Bakı kəndləri. Bilgəh (film, 2016)
  3. "Dağ yəhudiləri" (film, 2015) (sənədli)
  4. "Avarlar" (film, 2015) (sənədli) - İTV
  5. "Milli qəhrəman Koroğlu Rəhimov" (sənədli film 2018)
  6. "Milli qəhrəman Elman Hüseynov" (sənədli film 2018)
  7. "Bura Vətəndir" silsiləsi "Hunlar" (sənədli-etnoqrafik film 2019) - İTV
  8. "Bura Vətəndir" silsiləsi - "Qaraçılar" (sənədli-etnoqrafik film 2019) - İTV
  9. "Bura Vətəndir" silsiləsi - "Ceklər" (sənədli-etnoqrafik film 2019) - İTV
  10. "Bura Vətəndir" - "Udilər" (sənədli-etnoqrafik film 2019) - İTV
  11. "Bura Vətəndir" - "Rutullar" (sənədli-etnoqrafik film 2019) - İTV
  12. "Bura Vətəndir" - "Haputlar" (sənədli-etnoqrafik film 2019) - İTV
  13. "Bura Vətəndir" silsiləsi - "Buduqlar" (sənədli-etnoqrafik film 2020)
  14. "Bura Vətəndir" silsiləsi "Şəlalələr kəndi: Laza" (sənədli-etnoqrafik film 2021) - İTV
  15. "Bura Vətəndir" silsiləsi "Ləzgilər" (sənədli-etnoqrafik film 2021) - İTV
  16. "Bura Vətəndir" silsiləsi "Təbiət gözəli: Katex" (sənədli-etnoqrafik film 2021)
  17. "Bura Vətəndir" silsiləsi "İngiloylar" (sənədli-etnoqrafik film 2021) - İTV
  18. "Sıradan birimiz" İlyas Danilov (sənədli film 2022) — İtv (ssenari müəllifi)