Lütfi Nəzəroğlu | |
---|---|
Şahverdiyev Lütfi Nəzər oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | 2 övlad |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | ssenarist |
Şahverdiyev Lütfi Nəzər oğlu- ssenarist, layihə rəhbəri. İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin üzvü.
Lütfi Nəzər oğlu Şahverdiyev 3 aprel 1967-ci ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecini,1995-ci ildə isə Bakı Dövlət Universitetini bitirib. İxtisasca jurnalistdir.
1989-1991-cı illərdə "Azərkinovideo İstehsalat Birliyinin "Kino" qəzeti və "Film" jurnalında müxbir vəzifəsində çalışıb.1991-1994-cü illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Xəbərlər" baş redaksiyasında müxbir və xəbər redaktoru kimi fəaliyyət göstərib.1996-2005-ci iilərdə müxtəlif mətbuat orqanlarında şöbə müdiri və baş redaktor müavini vəzifələrində çalışıb.2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Milli Azlıqlar ücün Verilişlər departamenti"ndə redaktor vəzifəsində, Azərbaycan Regional Televiziyaları İstehsalat Birliyində redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərib. 2013-cü ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Carçıfilm" Yaradıcılıq Birliyinin böyük redaktorudur.Onlarla televiziya verilişlərinin,sənədli televiziya filmlərinin layihə rəhbəri və ssenari müəllifidir.