Ləkətağ körpüsü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ləkətağ körpüsü
Ölkə  Azərbaycan
Şəhər Culfa
Yerləşir Ləkətağ
Aidiyyatı Səfəvilər
Tikilmə tarixi XVI-XVII əsrlər
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti Fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Ləkətağ körpüsü (Azərbaycan)
Ləkətağ körpüsü

Ləkətağ körpüsüCulfa rayonunun Ləkətağ kəndində, Əlincə çayının üzərində orta əsrlərə aid memarlıq abidəsi.

Körpü Əlincə çayının sol sahilində yerləşən digər Culfa kəndlərini Ləkətağ ilə əlaqələndirmək məqsədilə inşa olunmuşdur.[1]

Tarixi

Körpü XVI–XVII əsrlərdə, Səfəvilər tərəfindən inşa edilmişdir.

Tədqiqi və xüsusiyyətləri

1991-ci ildə AMEA Naxçıvan Elm Mərkəzinin arxeoloji ekspedisiyası bu ərazidə işləyərkən körpünün ölçülərini və fotosunu götürmüşdür. Körpü tağvari formada olub, müxtəlif həcmli çay və dağ daşlarından tikilmişdir. Onun tağı kənarlarda yonulmuş ağ daşlardan, ortada isə müxtəlif çay daşları ilə hörülmüşdür. Bərkidici maddə kimi iri qum və əhəng qarışığı olan gəcdən istifadə edilmişdir. Aşağı hissədə körpünün eni 7 metrdir. Onun hündürlüyü daş özülə qədər 5, çaya qədər 6,5 metrdir. Körpünün eni 2,7 metrdir. Onun üst hissəsi tamamilə uçub dağılmış, tağı isə uçmaq üzrədir. Belə hesab olunur ki, orta əsrlərdə Əlincəçay vadisi ilə uzanan yol Ərəfsə kəndin yaxınlığında çayın sol sahili boyunca davam etmişdir.[2]

İstinadlar

  1. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.290 (az.)
  2. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.291 (az.)