Əlincəçay

ƏlincəçayAzərbaycan Respublikası, Culfa rayonunda çaydır.

Əlincəçay
azərb. Əlincə çayı
Ölkə  Azərbaycan
Region
Rayon
Mənbəyi Qırxlar dağı, Culfa rayonu
 • Yüksəkliyi 2800 m
Mənsəbi Araz çayı, Gülüstan, Culfa
 • Yüksəkliyi 695 m
Uzunluğu 61,6 km
Su sistemi Araz/Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 599,2 km²
Əlincəçay (Azərbaycan)
mənbəyi
mənsəbi
Əlincə çayı Qafqazın fiziki xəritəsində:

39°20′ şm. e. 45°51′ ş. u.HGYO

38°58′ şm. e. 45°35′ ş. u.HGYO

Çay Araz çayının sol qolu, Naxçıvan MR-in üçüncü əsas çayıdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Əlincəçay Xəznədərəçayla Ləkətağsuçayın irləşməsindən əmələ gəlir. Başlanğıcını Qırxlar dağından şimal-qərbdə, 2800 metr yüksəklikdən götürüb 695 m yüksəklikdə, Gülüstan kəndi yaxınlığında Araza tökülür. Uzunluğu 61,6 km, sutoplayıcı sahəsi isə 600 km²-dir.

Dərəsi yuxarı axında bir qədər dar və dərin, orta və aşağı axında isə geniş və dayazdır.

Araza qovuşduğu yerdə dayaz yarğanla axır. Əsas qolları Xoşkeşinçay, Zoğalçay, XəznədərəçayGəvikçaydır.[1]

Əsasən yeraltı, qar, qismən də yağış suları ilə qidalanır.

  1. "Arxivlənmiş surət" (PDF). 2022-06-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-25.

Culfa rayonu