Ləman Ələşrəfqızı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ləman Aləşrəf qızı
Doğum tarixi 15 dekabr 1971(1971-12-15) (52 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası jurnalistika
Təhsili
Fəaliyyəti müxbir, köşə yazar, Tv rəhbəri
Fəaliyyət illəri 1996 – h. h.
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015

Ləman Aləşrəf qızı İsmayılova (15 dekabr 1971, Vartaşen) — veriliş redaktoru, köşə yazarı, LAF TV-nin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015).[1]

Həyatı

Ləman Aləşrəf qızı İsmayılova Oğuz rayonunda anadan olmuşdur.[2] Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.[2]

Ailəsi

Ailəlidir, 2 övladı var. Oğlu Rəsul və qızı Nilufər.[2]

Fəaliyyəti

Universiteti bitirəndən sonra birinci iş yeri "Şəfqət" qəzetində olmuşdur.[2] Sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyətə başlayıb (1996).[2] Ondan sonra "Azadlıq", "Hürriyyət", yenidən "Azadlıq" qəzetlərində işləmişdir (2002-ci ilə qədər).[2]

2003-cü ildə ANS televiziyasına müraciət etmiş, yeni layihə olan "İç xəbər"də işləməyə başlamış, 8 il bu layihəsində çalışmışdır.[2] İlk 6 ay "İç xəbər"də müxbir, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə "İç xəbər"in rəhbəri olmuşdur.[2]

2012-ci ilin mart ayından 2016-cı il may ayınadək ANS-in "Xəbərçi" proqramında çalışıb. Şirkətin təsisçilərindən olan Seyfulla Mustafayevin əmri ilə ANS- dəki işinə xitam verilərək işdən çıxarılıb.[2]

2018-ci ilin mart ayının 15-dən yenicə yaradılan "REAL Təhlil İnformasiya Mərkəzi" MMC-də çalışır.

2020-ci il 9 fevral növbədənkənar Parlament seçkilərinə qatılmış, deputat seçilə bilməmiş və nəticələrə etiraz etmişdir. İşlədiyi REAL TV-də fikir ayrılığı yaranmışdır. REAL TV-dən həmkarı Afət Telmanqızı ilə bərabər ayrılmışdır.

Daha sonra Afət Telmanqızı ilə birgə "LAF TV" internet televiziyasını təsis etmiş və ilk yayımı 28 may 2020-ci ildə gerçəkləşdirmişdir.

2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Mükafatları

Filmoqrafiya

  1. Artilleriya allahı (film, 2015)
  2. "Sonuncu Qəhrəman" — 09.05.2015
  3. "Sərdar"
  4. "Əkinçi"—22.07.2015
  5. "Musiqinin Məcnunu"—17.09.2015
  6. "Sevgili Bayrağım"—09.11.2015
  7. "Yurd ilanı" — 01.07.2016
  8. Ağ adam (film, 2016)
  9. Ağıllılar və dəlillər (film, 2016)
  10. "Son beşik" — 05.02.2016
  11. "Diş ağrısı" — 20.03.2018
  12. "Topa tutulan baş" — 26.05.2018
  13. "Şapkalı Urus" — 22.07.2018
  14. "Bakı qoçuları" — 15.09.2018
  15. "Bir qalanın sirri" — 01.10.2018
  16. "Quzğun dəniz" — 08.10.2018
  17. "Dayaq" — 18.10.2018
  18. "Müşfiqə atılan güllə" — 29.10.2018
  19. "Baş qoyduğumuz ucalıq" — 09.11.2018
  20. "Azad heykəl qadın" — 27.12.2018
  21. "Güllələnən gül" — 20.01.2019
  22. "Allahın Lütfü" — 04.02.2019
  23. "613" — 26.02.2019
  24. "Nəhəng və firəng" — 28.05.2019
  25. "Əbədiyyət Nəsimi" — 09.07.2019

İstinadlar

  1. 1 2 "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı" (az.). president.az. 20 iyul 2015. 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-22.
  2. 1 2 3 4 5 6 7 8 9 Aytən Əliyeva. ""İç xəbər"çi Ləman Əliəşrəfqızı: "ANS-də gördülər ki, qır-saqqız müxbirəm və ..." - MÜSAHİBƏ" (az.). modern.az. 17.09.2012. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.

Xarici keçidlər