Mübariz Əlixanoğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mübariz Əlixanoğlu
Mübariz Əlixan oğlu Paşayev
Digər adları Mübariz Paşayev
Mübariz Əlixanlı
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006

Paşayev Mübariz Əlixan oğlu (Mübariz Əlixanoğlu) - Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti.

Həyatı

Mübariz Əlixanoğlu 1972-ci ildən 2006-cı ilə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır. Xüsusi səs tembrinə malik idi. 20-ə qədər filmdə və "Mozalan" süjetlərində əsasən epizodik rollarda çəkilmişdir. 2007-ci ildə vəfat etmişdir.

2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın əməkdar artist fəxri adına layiq görülüb[1].

Filmoqrafiya

  1. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  2. Absurdistan (film, 2008) (tammetrajlı bədii film) - saatsaz
  3. Boş yer (film, 1989)
  4. Dantenin yubileyi (film, 1978)
  5. Gecə qatarında qətl (film, 1990)
  6. Hərənin öz payı+tayı (film, 2006)-Əbülhəsən
  7. Qərib cinlər diyarında (film, 1977)
  8. Qəribə adamlar (film, 1978)
  9. Məhəbbətin hökmü (film, 1998)
  10. Musiqili sınaq (film, 1982)
  11. Od içində (film, 1978)
  12. Özgə ömür (film, 1987)-Dadaşov
  13. Şeytan göz qabağında (film, 1987)
  14. Şir evdən getdi (film, 1977)
  15. Yaramaz (film, 1988)
  16. Bahar əyləncələri (film, 1989)
  17. Yol əhvalatı (film, 1980)
  18. Yumurta (film, 2003)

İstinadlar

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-26.