Zəhmət deyilsə, məqaləyə təqdimat xarakterli giriş əlavə edin. Məqalənin preambulasında əsas və əhəmiyyətli detallara yer verməyə çalışın. Giriş bağlı mübahisə yaranıbsa, müzakirə səhifəsinə baş çəkin.
Filmdəki hadisələr bizim günlərdə cərəyan edir. Burada Azərbaycan jurnalistlərinin cəmiyyətimizin inkişafına mane olan mənfi hallara qarşı, mənəvi təmizlik, paklıq, prinsipiallıq uğrunda mübarizəsindən danışılır.
Kino əsərinin qəhrəmanı respublika qəzetinin əməkdaşı Teymurdur (Fəxrəddin Manafov). O, haqq-ədalət naminə əlində hakimiyyət olan adamlara qarşı mübarizəyə atılır. Şantaj, hədə-qorxular, açıq-açığına pul təklif olunması-bütün bu vasitələr işə salınır. Lakin namuslu jurnalisti ələ almaq mümkün olmur...
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.