Film var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası Qərib (Bəxtiyar Xanızadə) haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad (Muxtar Maniyev) onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını (Firəngiz Şərifova), sevgilisini (Gülnarə Əfəndiyeva) tez-tez xatırlamağa başlayır. Yalnız bu zaman o, başa düşür ki, dünyada Vətəndən əziz heç nə yoxdur və ola bilməz.
Qərib cinlər diyarında | |
---|---|
Janr |
komediya macəra fantastika uşaq |
Rejissor | Əlisəttar Atakişiyev |
Ssenari müəllifi | Hikmət Ziya |
Baş rollarda |
Bəxtiyar Xanızadə — Qərib-Sahib Muxtar Maniyev — Akşad Amaliya Pənahova — Zərri Ağahüseyn Cavadov — Qaraşad Hamlet Xanızadə — Raki Gülnarə Əfəndiyeva — Zərəngiz Firəngiz Şərifova — Tükəz |
Operator | Şərif Şərifov |
Bəstəkar | Arif Məlikov |
Rəssam | Fikrət Əhədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 9 fevral 1977 |
Filmin digər adı | Qərib cinlər ölkəsində |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 70 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1977 |
Texniki məlumatlar |
8 hissə 2044 metr genişekranlı 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID2081344 |
Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir.