Mübtəda budaq cümləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Mübtəda budaq cümləsi

Mübtəda budaq cümləsi ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur və mübtədanı izah edir. Məsələn:

  1. Hamıya məlumdur ki (nə?), payızda meyvə bol olur.
  2. Məktubda o da yazılmışdı ki (nə?), Çingizi xaricə göndərmək istəyir.

Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn:

  1. İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır.

(İnsanın ürəyindən keçən (nə?) gizlində qalmalıdır.)

Həmçinin bax