Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mübtəda — (ərəb. ibtidai, baş, başlanğıc deməkdir) Cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı və yaxud məkanı bildirir.
Mübtəda əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur.
İsimlə: Ağıl insana bəxş edilmiş ən gözəl nemətdir .
Əvəzliklə: Onlar bizdədir.
İsimləşmiş sifətlə: Qoca əlindəki kitabı rəfə qoydu.
İsimləşmiş sayla: Birincilər sinif otağına daxil oldular.
Məsdərlə: Gülmək sənin peşəndir.
Feili sifətlə: Döyüşənlər mükafatlandırıldı.
Zərflə: Yuxarı isti idi.
I növ təyini söz birləşməsi ilə: Qədim dövr çox sirlidir.
II növ təyini söz birləşməsi ilə: Vətən oğlu döyüşə hazır olmalıdır.
III növ təyini söz birləşməsi ilə: Onun fikri sizi sevindirmək idi.
Qeyri-təyini söz birləşmələri ilə: Gözü sürməlilər bizim qızlardır.
Feili birləşmə ilə: Bir ideya uğrunda əzab çəkmək ən yüksək əziyyətdir.
Mürəkkəb ad ilə: "Leyli və Məcnun" operası muğam operasının ilk nümunəsidir.
Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |