Məhəmməd Karamusiç Nihadi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məhəmməd Karamusiç Nihadi
Vəfat tarixi 1587
Fəaliyyəti şair

Məhəmməd Karamusiç Nihadiboşnak əsilli Osmanlı şairi. Sarayevoda yaşamışdır. Nihadinin "Divan"ının yalnız bir əlyazması qorunub saxlanılmışdır. Bu, Almaniyanın paytaxtı Berlində saxlanılır və əvvəlcə Osmanlının paytaxtı Konstantinopolda (indiki İstanbul) Prussiya səfiri Baron Henrix Ditrix fon Dittsin (1790-cı illər) əşyalarının bir hissəsi idi. Fon Dits həmçinin, şərqşünas və əlyazma kolleksiyaçısı idi. Nihadinin "Divan"ının əlyazması doxsan dörd qəzəldən ibarətdir ki, onlardan səkkizi fars dilində tərtib edilmişdir.[1]

İstinadlar

  1. Gačanin, Sabaheta. "The Persian Literary Tradition in Ottoman Bosnia and Its Environs". Journal of Persianate Studies. 15 (1). 2022: 85–120. doi:10.1163/18747167-bja10027.