Məhəmməd bin Salman

Vikipediya saytından
(Məhəmməd ibn Salman səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məhəmməd ibn Salman
محمد بن سلمان آل سعود
bayraq
Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi
Vəzifədədir
21 iyun 2017-ci ildən
MonarxSalman bin Əbdüləziz əs-Səud
ƏvvəlkiMəhəmməd ibn Naif əl-Səud
bayraq
Səudiyyə Ərəbistanının müdafiə naziri
Vəzifədədir
23 yanvar 2015-ci ildən
ƏvvəlkiSalman bin Əbdüləziz əs-Səud
bayraq
Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdinin müavini
ƏvvəlkiMəhəmməd ibn Naif əl-Səud
Şəxsi məlumatlar
Doğum tarixi (38 yaş)
Doğum yeri Ciddə, Məkkə, Səudiyyə Ərəbistanı
Fəaliyyəti siyasətçi
Atası Salman bin Əbdüləziz əs-Səud
Anası Fəhdə bint Fələh əl-Hisləyən
Həyat yoldaşı Sara bint Məşhur əl-Səud
Uşaqları Salman, Fəhd, Nura, Məşhur
Ailəsi Səudlar
Dini İslam (sünni)
Rütbəsi ali baş komandan[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd ibn Salman əl-Səud (31 avqust 1985[1][2][…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı[3]) — Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi[4], kral Salmanın oğlu, baş nazirin ikinci müavini və müdafiə naziri (dünyanın ən gənc müdafiə naziri[5]), Məhəmməd ibn Salman (MiSK) xeyriyyə fondunun idarə heyətinin sədri[6], kral məhkəməsinin rəhbəri (2015), ölkənin iqtisadi məsələlər və inkişaf şurasının sədri. 4 noyabr 2017-ci ildən Səudiyyə Ərəbistanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri.

Həyatı

Məhəmməd ibn Salman 1985-ci ildə Ciddə şəhərində anadan olub[7]. O, kralın Salmanın üçüncü həyat yoldaşı Fəhdə bint Fələh ibn Sultan əl-Hitləyəndən olan oğludur[8]. Şahzadə Kral Səud universitetində hüquq sahəsində bakalavr təhsili alıb[9].

Təhsilini başa vurduqdan sonra bir müddət özıl sektorda çalışmış, sonradan atasının şəxsi köməkçisi olmuşdur. Bundan bir müddət əvvəl isə o nazirlər kabinetinin mütəxəssislər komitəsində vəzifəyə təyin edilmişdi.

Məhəmməd ibn Salman şahzadə Sara bint Məçhur ibn Əbdüləziz əl-Səudla evlidir və ondan 4 uşağı var: oğlanları — Salman və Məşhur; qızları — Fəhdə və Nura[10].

Müdafiə naziri

Şahzadə Məhəmməd ibn Salmanın Vladimir Putinlə görüşü (2015)

23 yanvar 2015-ci ildə kral Abdullah bin Əbdüləziz əs-Səud vəfat etdi və Şahzadə Salman taxta çıxdı. Bundan sonra Şahzadə Məhəmməd müdafiə naziri[11] və eyni gündə də Kral Məhkəməsinin Baş katibi təyin edildi[12]. Bundan əlavə, o, dövlət naziri vəzifəsini də saxladı[13].

29 yanvar 2015-ci ildə Şahzadə Məhəmməd ləğv edilmiş Ali İqtisadi Şuranın əvəzinə yenicə yaradılan İqtisadi Məsələlər və İnkişaf Şurasının sədri vəzifəsinə təyin edildi[14].

Onun müdafiə naziri vəzifəsində əsas hadisə Yəməndə üsyançı husilərə qarşı həyata keçirilən "Qətiyyətin fırtınası" əməliyyatının başladılması oldu[15].

2015-ci ilin aprel ayında Kral Salman qardaşı oğlu Məhəmməd ibn Naifi vəliəhd, oğlu Şahzadə Məhəmməd ibn Salmanı isə onun müavini təyin etdi. 21 iyun 2017-ci ildə isə dəyişiklik edərək öz oğlunu vəliəhd təyin etdi[16].

Antikorrupsiya komitəsinin rəhbəri

4 noyabr 2017-ci ildə xüsusi yaradılmış Antikorrupsiya Komitəsinin rəhbəri təyin olundu. Həmin gün on bir şahzadə, o cümlədən, dünyanın ən zəngin adamlarından biri olan Əl-Valid ibn Talal, həmçinin korrupsiya ilə əlaqədar cinayətlər törətməkdə şübhəli bilinən bir neçə köhnə nazir həbs edildi[17].

İstinadlar

  1. Mohammed bin Salman // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  2. Mohammed Bin Salman // GeneaStar.
  3. https://www.skynewsarabia.com/web/article/958478/مسيرة-محمد-بن-سلمان-ولي-العهد.
  4. "Король Саудовской Аравии сменил наследного принца". 2017-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
  5. "Mohammed bin Nayef kingpin in new Saudi Arabia: country experts". Middle East Eye. 1 February 2015. 3 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.
  6. "About MiSK » MiSK Foundation". www.misk.org.sa. 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
  7. "قصة-السعودية-مع-الوزراء-الثلاثينيين". Al Arabiya. 4 February 2015. 25 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2015.
  8. "Family Tree of Salman bin Abdulaziz bin Abdul Rahman Al Saud". Datarabia. 29 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2013.
  9. "Council of Ministers: Membership". Embassy of Saudi Arabia, Washington DC. 2011-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2015. (#redundant_parameters)
  10. "الأمير محمد بن سلمان يُرزق بمولود جديد.. ويسميه «مشهور» | صحيفة تواصل الالكترونية". twasul.info. 2018-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
  11. "Saudi King Abdullah passes away". Al Arabiya. 23 January 2015. 23 January 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 January 2015.
  12. "Saudi Prince Mohammad bin Salman named defense minister". Al Arabiya. 23 January 2015. 24 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2015.
  13. Anthony H. Cordesman. "Saudi Succession: The King Is Dead, Long Live the King". Newsweek. 24 January 2015. 26 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2015.
  14. Simeon Kerr. "Saudi king stamps his authority with staff shake-up and handouts". Financial Times. Riyadh. 30 January 2015. 1 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.
  15. "Saudi and Arab allies bomb Houthi positions in Yemen". Al Jazeera. 26 March 2015. 26 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2015.
  16. Saudi king resets succession to cope with turbulent times Arxivləşdirilib 2015-10-02 at the Wayback Machine Reuters. 29 April 2015. Retrieved 1 May 2015.
  17. David D. Kirkpatrick. "Saudi Arabia Arrests 11 Princes, Including Billionaire Alwaleed bin Talal". The New York Times. 2017-11-04. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.