Məhəmməd ibn Salman əl-Səud (31 avqust 1985[1][2][…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı[3]) — Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi[4], kral Salmanın oğlu, baş nazirin ikinci müavini və müdafiə naziri (dünyanın ən gənc müdafiə naziri[5]), Məhəmməd ibn Salman (MiSK) xeyriyyə fondunun idarə heyətinin sədri[6], kral məhkəməsinin rəhbəri (2015), ölkənin iqtisadi məsələlər və inkişaf şurasının sədri. 4 noyabr 2017-ci ildən Səudiyyə Ərəbistanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri.
Məhəmməd ibn Salman | |
---|---|
محمد بن سلمان آل سعود | |
Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi | |
Vəzifədədir | |
21 iyun 2017-ci ildən | |
Monarx | Salman bin Əbdüləziz əs-Səud |
Əvvəlki | Məhəmməd ibn Naif əl-Səud |
Vəzifədədir | |
23 yanvar 2015-ci ildən | |
Əvvəlki | Salman bin Əbdüləziz əs-Səud |
Əvvəlki | Məhəmməd ibn Naif əl-Səud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ciddə, Məkkə, Səudiyyə Ərəbistanı |
Fəaliyyəti | siyasətçi |
Atası | Salman bin Əbdüləziz əs-Səud |
Anası | Fəhdə bint Fələh əl-Hisləyən |
Həyat yoldaşı | Sara bint Məşhur əl-Səud |
Uşaqları | Salman, Fəhd, Nura, Məşhur |
Ailəsi | Səudlar |
Dini | İslam (sünni) |
Rütbəsi | ali baş komandan[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd ibn Salman 1985-ci ildə Ciddə şəhərində anadan olub[7]. O, kralın Salmanın üçüncü həyat yoldaşı Fəhdə bint Fələh ibn Sultan əl-Hitləyəndən olan oğludur[8]. Şahzadə Kral Səud universitetində hüquq sahəsində bakalavr təhsili alıb[9].
Təhsilini başa vurduqdan sonra bir müddət özıl sektorda çalışmış, sonradan atasının şəxsi köməkçisi olmuşdur. Bundan bir müddət əvvəl isə o nazirlər kabinetinin mütəxəssislər komitəsində vəzifəyə təyin edilmişdi.
Məhəmməd ibn Salman şahzadə Sara bint Məçhur ibn Əbdüləziz əl-Səudla evlidir və ondan 4 uşağı var: oğlanları — Salman və Məşhur; qızları — Fəhdə və Nura[10].
23 yanvar 2015-ci ildə kral Abdullah bin Əbdüləziz əs-Səud vəfat etdi və Şahzadə Salman taxta çıxdı. Bundan sonra Şahzadə Məhəmməd müdafiə naziri[11] və eyni gündə də Kral Məhkəməsinin Baş katibi təyin edildi[12]. Bundan əlavə, o, dövlət naziri vəzifəsini də saxladı[13].
29 yanvar 2015-ci ildə Şahzadə Məhəmməd ləğv edilmiş Ali İqtisadi Şuranın əvəzinə yenicə yaradılan İqtisadi Məsələlər və İnkişaf Şurasının sədri vəzifəsinə təyin edildi[14].
Onun müdafiə naziri vəzifəsində əsas hadisə Yəməndə üsyançı husilərə qarşı həyata keçirilən "Qətiyyətin fırtınası" əməliyyatının başladılması oldu[15].
2015-ci ilin aprel ayında Kral Salman qardaşı oğlu Məhəmməd ibn Naifi vəliəhd, oğlu Şahzadə Məhəmməd ibn Salmanı isə onun müavini təyin etdi. 21 iyun 2017-ci ildə isə dəyişiklik edərək öz oğlunu vəliəhd təyin etdi[16].
4 noyabr 2017-ci ildə xüsusi yaradılmış Antikorrupsiya Komitəsinin rəhbəri təyin olundu. Həmin gün on bir şahzadə, o cümlədən, dünyanın ən zəngin adamlarından biri olan Əl-Valid ibn Talal, həmçinin korrupsiya ilə əlaqədar cinayətlər törətməkdə şübhəli bilinən bir neçə köhnə nazir həbs edildi[17].