Məxməri göyrüş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məxməri göyrüş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Məxməri göyrüş (lat. Fraxinus velutina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Şimali Amerikadır. Arizona, Yeni Meksika və Kaliforniyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 15 m-ə çatan ağacdır. Düz nazik gövdəli, qabığı boz rənglidir. Məxməri yarpaqlarının uzunluğu 15 sm, 3-5 ədəd ellipsvari və ya dairəvi yarpaqcıqdan ibarət, uzunluğu 2-4 sm, itiuclu, kənarı dişli, üst səthi qabarıqdır. Çiçəkləri budaqların ucunda hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi qanadlı, 1,8 sm uzunluqdadır. Toxumla çoxaldılır.

Ekologiyası

Şaxtaya və quraqlığa davamlıdır. Abşeron şəraitində çiçəkləməsi və meyvə verməsi müşahidə edilməmişdir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda rast gəlinir.

İstifadəsi

Oduncağından elastikliyinə və möhkəmliyinə görə ağır və elastik döyüş silahı, ov alətləri hazırlanması üçün istifadə edilir. Qədimdə göyrüşdən düzəldilmiş qablar çox məşhur idi. Yaşıllaşdırmada, canlı cəpərlərin salınmasında istifadəsi məqsədəuyğundur.

İstinadlar

Həmçinin bax