MacBook Air

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
MacBook Air
Loqonun şəkli
İstehsalçı Apple
Növü Mac
Buraxılış tarixi 29 yanvar 2008
Əməliyyat sistemi macOS
Veb-saytı apple.com/macbook-air/
apple.com/jp/macbook-air/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MacBook Air — 2008-ci ildən etibarən Apple tərəfindən istehsal edilən notbuk seriyasıdır. Bu seriyaya aid olan notbuklar nazik və yüngül alüminium korpusa sahibdir. 2022-ci ildən etibarən 13 düym (2023-cü ildə yenilənib) və ya 15 düym (2023-cü ildə) ölçülü ekran ilə təchiz olunmuşdur. MacBook Air daha böyük və daha yüksək performanslı MacBook Pro ilə müqayisədə daha ucuzdur. 2011-ci ildə "orijinal MacBook seriyası" dövrünün başa çatması ilə MacBook Air Apple-ın ən münasib qiymətli notbuk modeli halına gəlib.[1][2]

MacBook Air 2008-ci ilin yanvarında təqdim olundu. O, 13,3 düym ekranı və tam ölçülü klaviaturası ilə premium ultraportativ kimi tanıdıldı. İncə dizaynı ilə diqqət çəkən bu notbuk o vaxtın ən incə notbuku kimi təqdim olundu və yeni ultrabuk kateqoriyasını yaratdı. Optik disk sürücüsü olmaması və o zamanlar ümumiyyətlə notbuklar üçün xarakteristik olan portların sayının az olması ilə diqqət çəkirdi.

2010-cu ildə MacBook Air konusvari korpusla yenidən dizayn edildi və Apple daha kiçik 11,6 düym versiyasını təqdim etdi. Daimi yaddaş SSD (Solid-state storage; sərt vəziyyətdə olan) olaraq standartlaşdırıldı və daha sonra Intel Core i5 və ya i7 prosessorları ilə Thunderbolt əlavə olundu.[3] Daha kiçik 11 düymlük modelin istehsalı 2016-cı ildə dayandırıldı. 2018-ci ildə Air daha kiçik bir ölçü halına gətirilərək, yüksək görüntü imkanı olan Retina ekranı ilə əvəz edildi. Məlumat ötürülməsi və enerji üçün USB-C/Thunderbolt 3 portlarının kombinasiyası ilə təchiz olundu.

2020-ci ildə Apple MacBook Air-i özü tərəfindən hazırlanmış yeni M1 prosessoruna keçirdi (bax: Apple silisiumlu MacBook Air).

2022-ci ildə ən son MacBook Air MacBook Pro modelinə uyğun olaraq konusvari formada yenidən dizayn edildi və M2 prosessoruna keçid edildi. Ekran ölçüsü genişləndirilərək 13,6 düymə çatdırıldı və Apple-ın maqnitli elektrik enerjisi alma portlarının üçüncü iterasiyası olan MagSafe-i yenidən geri qaytardı.

Həmçinin bax

İstinadlar

  1. "13-inch MacBook Pro with Retina display review (2013)". The Verge. Vox Media. October 30, 2013. December 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 4, 2017.
  2. Dan Ackerman. "Apple MacBook Air review – CNET". CNET. CBS Interactive. January 25, 2008. December 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 26, 2021.
  3. "MacBook Air". March 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 16, 2013.

Xarici keçidlər