Mahal Qacar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mahal Qacar
Mahal İbrahimxəlil oğlu Qacar
Doğum tarixi 12 sentyabr 1938(1938-09-12) (85 yaş)
Doğum yeri

Mahal İbrahimxəlil oğlu Qacar (12 sentyabr 1938, Kosalar[d], Kvemo-Kartli) — tarixçi, alim, Bakı Slavyan Universitetinin dosenti.

Həyatı

Mahal İbrahimxəlil oğlu 12 sentyabr 1938-ci ildə Gürcüstanın Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində ahadan olmuş, ilk təhsilini Kosalar kənd səkkizillik məktəbində aldıqdan sonra 1955–1959-cu illərdə Marneuli şəhər Pedaqoji Məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə doğma kənd məktəbində müəllim kimi başlamışdır.

1959–1962-ci illərdə əsgəri xidmətə olmuşdur. Sonra doğma kəndində müəllimlik fəaliyyətinə qayıtmışdır. 1963–1967-ci illərdə N.İ.Lobaçevski adına Qorki (Nijni-Novqorod) Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra yenidən doğma kəndlərinə dönərək 1973-cü ilin oktyabr ayina qədər orada tarıx fənnini tədris etmişdir.

1973-cü il oktyabr ayının 1-dən M.F.Axundov adına APRDƏİ tarix kafedrasında laborant, kabinet müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. O, İnstitutda pedaqoji fəaliyyətlə yanaşı tarix elmi ilə də məşğul olmuşdur. AQU-nun tarix kafedrasında birillik aspiranturanı bitirdikdən sonra, 1984-cu ildə "Yerli Sovetlərə partiya rəhbərliyi" mövzusunda tarix elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri prof. Zakir Şıxlinski, apponentlərindən biri isə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının prof. N.N.Vinoqradov olmuşdur. 1991-ci ildən institutun-universitetin dosenti vəzifəsində çalışır.

Kitabları

  • Культура Азербайджанского государства Сефевидов (XVI–XVII вв.), Баку, БСУ, 2000.
  • Elimizin fəxri, elmimizin fədaisi (sənədli povest), Bakı: Naftapress, 2000, 54 səh.
  • Borçalı mahalı və Qarakənd — Kosalar eli (tarixi-etnoqrafik oçerk), Bakı: Maarif, 2002, 308 səh.
  • Qaradağ xanlığı, Bakı: Mütərcim, 2011, 212 səh. (Ənvər Çingizoğlu ilə birlikdə)

Tərcümələri

  • Ağaməhəmməd xan Qacarın qısa tərcümeyi-halı, Bakı:"Mütərcim", 2011, (tərcüməçi)
  • Aleksandr Sokolov, Gündəlik qeydlər, Bakı: "Mütərcim", 2013, (tərcüməçi)
  • Pyotr Berje, A.P. Yermolovun İrana səfirliyi, Bakı: "Mütərcim", 2014, (tərcüməçi)
  • Məhəmməd Rəfi Ənsari, Dəstur ül-müluk, Bakı: "Mütərcim", 2015,(tərcüməçi)

Elmi məqalələri

  • Участие широких народных масс в управлении государством, Агитатор", 1975, № 22.
  • Ленинский комсомол – боевой помощник партии, "Агитатор", 1976, № 4.
  • Деятельность Компартии Азербайджана по улучшению работы Советов в годы девятой пятилетки, Науч.труды АГУ им.С.М.Кирова, 1979, № 6.
  • Работа партии по повышению роли рабочего класса в Советах, 46-я межвуз.конф.Тбилиси, 1980.

Mənbə

İstinadlar

Xarici keçidlər