Malta–Türkiyə münasibətləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Türkiyə–Malta münasibətləri
Malta və Türkiyə
 Malta  Türkiyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türkiyə–Malta münasibətləriMaltaTürkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr NATO-nun və Aralıq dənizi Birliyinin üzvüdür.

Tarixi

Maltanın türk xalqı üçün tarixi əhəmiyyəti var: Osmanlı donanmasının məşhur admiralı Turqut Rəis, 1565-ci ildə türklər üçün uğursuz olan Maltanın böyük mühasirəsi zamanı öldürülür[1]. 1873-cü ildə Osmanlı Sultanı Əbdüləziz, Marsada bir Türk hərbi qəbiristanlığının açılmasına əmr verir[2]. Malta ilə Türkiyə arasındakı diplomatik əlaqələr 1967-ci ildə qurulmuşdur.

Siyasi münasibətlər

Maltanın Türkiyədəki maraqları Vallettada iqamətgahı olan bir səfirlik və İstanbulda baş konsulluq vasitəsi ilə təmsil olunur[3]. Maltadakı Türkiyə səfirliyi Florianadadır. Hər iki ölkə də Avropa Şurasının, Ümumdünya Ticarət Təşkilatının və Aralıq dənizi Birliyinin həqiqi üzvləridir. 1 may 2004-cü ildən Malta Avropa İttifaqının üzvüdür və Türkiyə bu quruma üzv olmaq üçün namizəddir.

2003-cü ilin oktyabr ayında Antalyada ölkələr, İnvestisiyaların Qarşılıqlı Həvəsləndirilməsi və Qorunması haqqında Sazişin yanında siyasi bir məşvərət mexanizminin qurulmasına dair Anlaşma Memorandumunu imzaladmışlar[1].

Ticarət

2008-ci ildə ölkələr arasındakı ticarət həcmi 1.124 milyard ABŞ dolları təşkil etmiş, keçən ilin eyni dövrü ilə müqayisədə 35% artım olmuşdur. 7 sentyabr 2007-ci ildən Türkiyə-Malta İş Şurası və digər hökumətlərarası təşkilatlar ticarət əlaqələrin inkişafına üstünlük verirmişlər[4][5][6].

2008-ci ildən etibarən Maltada, ümumi kapitalı 1,3 milyard ABŞ dolları olan 24 türk firması təmsil olunur. İki ölkə arasındakı əməkdaşlıq sahələrindən biri də su qaynaqlarıdır: Aralıq dənizindəki əsas gəmi təmiri müəssisələrindən biri Maltada yerləşir və Türkiyədə gəmiqayırma fəal inkişaf edir[7]. 2008-ci ildə Air Malta və Türk Hava Yolları arasında bir kod paylaşma müqaviləsi imzalanmışdır[8].

19 sentyabr 1997-ci il tarixində ölkələr turizm sahəsində əməkdaşlıq haqqında bir saziş imzalamışlar. 2008-ci ildə 3058-dən çox maltalı turist Türkiyəni ziyarət etmişdir[4].

İstinadlar

  1. 1 2 "Turkey´s Political Relations with Malta / Rep. of Turkey Ministry of Foreign Affairs". 2009-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
  2. Thake, Conrad. "The Ottoman Turkish cemetery a plea for its conservation". Malta Today. 1 February 2014. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
  3. "Ministry of Foreign Affairs Malta — Turkey". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  4. 1 2 Türkiye-Malta Ticari ve Ekonomik İlişkileri / T.C. Dışişleri Bakanlığı Arxivləşdirilib 2011-06-08 at the Wayback Machine  (türk.)
  5. EkoTurk News Agency. "Business council aims to boost Malta-Turkey trade links". The New Anatolian. 10 September 2007. 27 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2021.
  6. MaltaMedia News. "Turkish-Maltese Business Council set up". Maltamedia. September 7, 2007. February 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2021.
  7. "Turkey´s Commercial and Economic Relations with Malta / Rep. of Turkey Ministry of Foreign Affairs". 2011-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  8. MaltaMedia News. "Air Malta signs codeshare agreement". Maltamedia. Jun 11, 2008. February 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2021.