Malta

Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövlətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir.

Malta Respublikası
Repubblika ta' Malta
Malta bayrağı
(Bayraq)
Şüar:
Paytaxt Valletta
Rəsmi dil Maltaİngilis dili
Din Katolik kilsəsi
İdarəetmə forması Parlamentli respublika


Prezident Myriam Spiteri Debono
Baş nazir Robert Abela
Yaranması

B. Britaniyadan

müstəqillik

21 sentyabr 1964
Ərazi
 - Ümumi
 - % Su
316 km² (185-ci)
0.001%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
493,000

1310/km²

Pul Avro
Saat qurşağı UTC +1
Internet TLD .mt
Telefon kodu +356

Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.

border=none Əsas məqalə: Malta tarixi

Maltada ilk yaşayan insan əlamətləri Neolit ​​Dövrünə əsaslanır. Yeni Daş Dövrü insanlarının yaranma dəlillləri Maltanı cənubunda, Birzebbuga'nın yaxınındakı Ghar Dalam mağarasında rast gəlinməkdədir. Arxeoloqlar bu bölgədə əvvəlki dövrlərdən qalma maral, hipopotam və bəstəboy fillərin qalıqlarını da kəşf etmişlər. Bu qalıqlar, Maltanın müasir Avropa və Afrika qitələrinə bağlı olduğu dövrlərə aiddir. O dövr yaşamış olan Maltalılar, minlərlə ildən sonra belə bu gün hələ ayaqda qala bilməyi bacarmış, həyat tərzləri və mədəniyyət səviyyələri haqqında bizi heyrətə salan tikililər buraxmışlar.

Araşdırmaçılar Ggantijada (Qozo) olan məbədləri yer üzünün ən qədim, tək başına ayaqda dayana bilən abidələri olaraq xarakterizə etməkdədir. Bərpa işləri səbəbiylə müvəqqəti olaraq bağlı olan Paoladakı Hypogeum, tarix əvvəli dövr mühəndisliyinin fövqəladə müvəffəqiyyətinin bir göstəricisi olaraq, qayalardan oyulmuş otaqlar və labirint keçidləri ilə növünün tək yeraltı məbədidir. Digər məbədlər olan Mnajdra, Hagar Qim və Tarxien görülməyə dəyər bir çox yerlər kimi Maltanın "Müqəddəs Ada" olması nəzəriyyəsini təsdiqləyir.

Malta 1800-cü ildən başlayaraq Böyük Britaniyanın müstəmləkəsi olmuş,1964-cü il sentyabrın 21-də müstəqillik qazanmışdır.

2015-ci ilin təxminlərinə görə Maltanın əhalisi 415 min nəfərdir. Əhalinin 95.7%-ini adanın yerli əhalisi, yəni maltalılar təşkil edir. Ölkənin 2 rəsmi dili var — Malta diliingilis dili. Əhalinin 97%-i Malta dilində, 76%-i ingilis dilində sərbəst danışa bilir. Gündəlik ünsiyyət dili Malta dilidir. Əhalinin 86%-i onu ana dili hesab edir. 12%-i isə ingilis dilindən istifadə edir. Din baxımından Malta Avropa ölkələri arasında inanclı ölkələrdəndir. Malta əhalisinin 96%-i Roma Katolik Kilsəsinə bağlıdır. Ölkənin paytaxtı Valetta şəhəridir (əhalisi 8.000 nəfər).

Malta adaları, yumşaq keçən qışları və isti yay mövsümüylə sağlam bir iqlimə malikdir. Soyuq küləklər, qar, don və duman Maltada bilinməyən terminlərdir. Apreldə sonra seyrək olmaqla birlikdə yayda demək olar ki, heç rast gəlinməyən yağışlar ən çox sentyabr ilə aprel ayları arasında görülür.

İstilik qış aylarında (Noyabr - Aprel) orta 14.3 °C, yay aylarında (May-Oktyabr) isə ortalama olaraq 32.6 °C ətrafındadır. Malta adaları, isti yay günləri və gecələrində dənizdən əsən sərin brizlərə, İyul ayı ortalarından Sentyabr ayı ortalarına qədər davam edən istiliyin yüksək olduğu dövrlərdə belə, nadir olaraq həddindən artıq istilərə məruz qalır.

Tarlaların əksəriyyəti kiçik və az uyumludur. Lakin, yağış əskikliyi və tərs ərazi şərtlərinə baxmayaraq kənd təsərrüfatı inkişaf etmişdir.

Maltada heç bir dağ və ya axar su yoxdur və adanın xüsusiyyətini teraslanmış sahələr və bir sıra alçaq təpələr təşkil edir. 137 km uzunluğundakı sahillərində isə gözəl qumsallara sahib bir çox yerləri və limanları vardır. Adanı Siciliya adasından Malta boğazı ayırır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]